
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya 90 min avronun qarşılığında NATO-dan 1.2 milyon qopardı
Fransa Polşaya “Rafale” qırıcıları göndərir
Polşada həyəcan, uçuşlar dayandırıldı
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Polşa sərhədində PUA həyəcanına NATO tədbir görməlidirmi?
Orbanın həmrəylik mesajı etirazla qarşılandı
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
NATO insidenti hücum kimi dəyərləndirməyib, amma qəsdən törədildiyini düşünür
NATO torpaqlarında Rusiya PUA-ları krizi
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Ukrayna prezidenti Vladimir Zelenski ölkəsinin Gürcüstan və Mərakeşdəki səfirlərini geri çağırıb.
Onun sözlərinə görə bu səfirlər “yalnız vəzifələrində qalmaq üçün işləyiblər” və olduqları ölkələrin Ukraynaya dəstək verməsi və Rusiyaya qarşı sanksiyalara qoşulması üçün heç nə edə bilməyiblər: “Bu gün mən Ukrayna səfirinin Mərakeşdən geri çağırılması barədə bu qəbilən ilk fərmanı imzalamışam. Gürcüstandakı səfir də, ona bütün hörmətimizə baxmayaraq, geri çağırılıb...Əgər silah yoxdursa, sanksiyalar yoxdursa, Rusiya biznesinin işinə məhdudiyyətlər yoxdursa, lütfən özünüzə başqa iş axtarın”.
Prezident habelə deyib ki, Latın Amerikasındakı, Yaxın Şərdəki, eləcə də Cənub-Şərqi Asiyadakı və Afrikadakı səfirlərdən ən yaxın müddətdə işlərinin konkret nəticələrini gözləyir.
Martın 31-də Ukraynanın Polşadakı səfiri Andrey Deşitsa deyib ki, Ukrayna Polşa ilə Polşa-Belarus sərhədinin bağlanması üçün danışıqlar aparır.
Ukrayna hökuməti habelə Rusiya və Belarusla sərhədlərinin bağlanması üçün Litva, Latviya və Estoniyaya müraciət edib.
Andrey Deşitsa deyib: “Düşünürəm ki, qərar qəbul olunacaq. Onda Aİ-ni gözləmək lazım gəlməyəcək. Biz Rusiyaya bütün daşımaları tamamilə bloklayacağıq”.
Ötən həftə Litva, Latviya və Estoniya Avropa İttifaqını Rusiya və Belarusa quru və dəniz yolları ilə bütün yük daşımalarının bloklanmasına çağırmışdılar.
Baltik ölkələri nəqliyyat nazirlərinin sözlərinə görə hazırda Rusiya gündəlik qaydada bu sərhədlər üzərindən ikili təyinatlı yüklər almaqda davam edir.
Bu daşımaları minlərlə Rusiya və Belarus maşın və gəmiləri həyata keçirir.