vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
20:43 | 28 aprel 2022 | Cümə axşamı Məqaləyə 743 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Kütləvi vəhşiliklər törədib”

Kanada Rusiyanın Ukrayna törətdiklərini soyqırım kimi tanıdı

MÖVZU İLƏ ƏLAQƏLİ

“La Presse”nin yazdığına görə, Kanadanın İcmalar Palatası Rusiyanın Ukrayna xalqına qarşı törətdiklərini soyqırım kimi tanıyan qətnamə qəbul edib.

Sənəddə deyilir ki, Rusiya Ukraynadakı müharibə zamanı “kütləvi vəhşiliklər törədib” və “Ukraynada mülki əhalini sistemli şəkildə qəsdən öldürüb”.

İcmalar Palatasının üzvü və sənədin müəllifi Hayzer Makferson hökuməti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Ukraynaya humanitar yardımın həcmini artırmağa çağırıb.

O, “Biz Beynəlxalq Cinayət Məhkəməsini maliyyələşdirməli və onun bu soyqırımın arxasında duranları araşdırmaq və məsuliyyətə cəlb etmək üçün lazım olan bütün alətlərə və resurslara malik olduğundan əmin olmaq üçün daha çox iş görməliyik”, – deyib.

Kanada Parlamentinin Aşağı Palatasının qərarı məsləhət xarakteri daşıyır.

Ali Rada daha əvvəl Rusiya ordusunun, Rusiyanın siyasi və hərbi rəhbərliyinin Ukraynadakı hərəkətlərini soyqırım kimi tanıyıb.

“Rusiya Silahlı Qüvvələrinin törətdiyi hərəkətlər sadəcə təcavüz deyil, Ukrayna xalqının sistematik və ardıcıl məhv edilməsi, onun şəxsiyyətinin və öz müqəddəratını təyin edilməsi, müstəqil inkişaf hüququndan məhrum edilməsi məqsədi daşıyır. 2022-ci il fevralın 24-də Rusiya Federasiyasının Ukraynaya qarşı silahlı təcavüzünün Ukrayna xalqının soyqırımı ilə başlaması dərhal tanınmalıdır”, – deyə parlamentin qərarında bildirilib.

ABŞ Prezidenti Co Bayden aprelin ortalarında Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı siyasətini soyqırım adlandırıb.

“Mən bunu soyqırım adlandırdım, çünki getdikcə daha aydın olur ki, Putin sadəcə olaraq ukraynalı olma fikrini belə yer üzündən silməyə çalışır. Rusların Ukraynada etdiyi sözün əsl mənasında dəhşətli şeylərə dair getdikcə daha çox sübut var”, – deyə Bayden bildirib.