vaxtlı-vaxtında oxuyun! Cümə, 22 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
ENERGETİKA  
11:56 | 11 may 2022 | Çərşənbə Məqaləyə 934 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Avropada qaz qiymətləri artır

77 gün ərzində mavi yanacağın qiyməti zirvədə qalıb

Londonun İCE birjasının məlumatına görə, bu gün ticarət sessiyasının əvvəlində Avropada qazın qiyməti min kubmetr üçün 1059-1126 dollar dəhlizində qalaraq, orta hesabla 1,8 faiz artım nümayiş etdirir.

Qeyd edək ki, Avropada qazın qiymətləri mayın 10-da ticarət sessiyasının bağlanışına 2,5 faiz artaraq 1053,1 dollar təşkil edib.

Ukraynada hərbi əməliyyatların başlamasından sonra Avropada qaz qiymətləri kəskin şəkildə artıb. Əgər fevralın 23-də qazın qiyməti min kubmetr üçün 1038,6 dollar idisə, fevralın 24-də təxminən 50 faiz bahalaşaraq 1555,5 dollara çatıb. Martın əvvəlində isə Rusiya enerji resurslarının idxalına qadağa təşvişi səbəbiylə qaz fyuçersləri London birjasında dörd gün ardıcıl olaraq tarixi maksimumlarını yenilədi. 3892 dollarlıq qiymət rekordu martın 7-də əldə edildi (23 fevrala + 275 faiz).

Son iki ay yarımda qaz qiymətlərinin minimum hesablaşma qiyməti aprelin 25-də müəyyən edilib – min kubmetr üçün 1027,1 dollar.