
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Mariupolda “Azovstal” zavodunu Rusiya müdaxiləçilərindən qoruyan Ukrayna əsgərlərinin təxliyəsi başlanıb. Bu barədə xəbəri yayan “Reuters” agentliyi təxliyə avtobuslarının fotolarını dərc edib. Bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı da təsdiqləyib.
Xəbər verilir ki, ümumilikdə “Azovstal” zavodunu 264 Ukrayna hərbçisi tərk edib. Onlardan 53-nün yaralı olduğu bildirilir.
“Reuters”in məlumatına görə yaralıları Novoazovsk şəhərinə gətiriblər. Bu şəhər Rusiya tərəfindən dəstəklənən separatçıların nəzarətindədir.
Bundan əvvəl yaralıların Novoazovsk şəhərinə aparıldığı barədə Rusiyanın Müdafiə Nazirliyi xəbər vermişdi.
Xəbər verilir ki, qalan 211 hərbçi humanitar dəhlizlə Yelenovka şəhərinə aparılıb. Bu şəhər də separatçıların nəzarətindədir.
Sözü gedən Ukrayna hərbçilərinin əsir olub-olmadıqlarına dair rəsmi məlumat yoxdur.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib ki, bu hərbçilərin evlərinə qaytarılması üçün əsirlərin dəyişdirilməsi prosedurundan istifadə olunacaq.
Ukrayna prezidenti Vladimir Zelenski Mariupoldan təxliyəni şərh edib:
"Ukrayna hərbçilərinin – Ukrayna Silahlı Qüvvələrinin, kəşfiyyatın, habelə danışıqçılar qrupunun, Beynəlxalq Qırmızı Xaç Komitəsi və BMT-nin səyləri ilə ümid edirik ki, bizim uşaqların həyatını xilas etmək mümkün olacaq. Vurğulamaq istəyirəm: bizə Ukrayna qəhrəmanlarının sağ qalması lazımdır. Bu, bizim prinsipimizdir. Düşünürəm ki, bunu hər bir adekvat insan başa düşəcək”.
Bundan əvvəl mayın 16-da Ukraynanın Azov batalyonunun komandiri Denis Prokopenko dərc etdiyi videoda bildirirdi ki, “həyatlarının qorunub saxlanması üçün bütün Mariupol qarnizonu ali hərbi komandanlığın təsdiq etdiyi qərarı yerinə yetirir və Ukrayna xalqının dəstəyinə güvənir”.
Qərarın konkret olaraq nədən ibarət olması bildirilmir.
***
Rusiyanın Müdafiə Nazirliyi Ukraynada mühasirədə olan Mariupoldakı “Azovstal” zavodundan yaralı Ukrayna əsgərlərinin çıxarılmasına dair Kiyevlə razılaşma əldə olunduğunu bildirir.
Rusiya nazirliyi bildirir ki, orada artıq “sakitlik rejimi” elan edilib.
Yaralı Ukrayna əsgərlərinin Donetsk separatçılarının nəzarətində olan Novoazovsk şəhərinə gətirildiyi xəbər verilir.
Bundan əvvəl belə bir razılaşma əldə olunduğuna dair separatçı komandirlərdən Aleksandr Xodakovski xəbər vermişdi.
Ukrayna tərəfi Rusiyanın bu məlumatı barədə heç bir şərh verməyib.
Bundan əvvəl Kiyev “Azovstal”dakı Ukrayna hərbçilərinin təxliyə edilməsinə dair danışıqlar aparıldığını bildirmişdi.
***
Ukraynanın Mariupol şəhərində Rusiya hərbçilərinin mühasirəsində olan “Azovstal” zavodunda 600-dək yaralı ukraynalı döyüşçü var. Bunu Ukrayna Milli Qvardiyasından Denis Şleqa milli telemarafonun efirində deyib.
Onun sözlərinə görə, yüzlərlə yaralıdan 40-nın vəziyyəti çox ağırdır. Şleqa deyib ki, dərmanlar və tibbi alətlər “çatışmazlığı var”. O, vəziyyətin mürəkkəb olduğunu söyləyib.