
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukraynanın Mariupol şəhərindəki nəhəng “Azovstal” polad zavodunun zəbti Kreml üçün simvolik qələbə deməkdir. Təhlilçilər zavod kompleksinin tutulmasını Ukraynanın işğalında ciddi hərbi dönüş hesab etmirlər.
Çünki fevralın sonunda Ukraynaya hücuma başlayan Rusiya artıq aprelin ortasından Mariupola nəzarət edirdi. Bircə “Azovstal” zavodu qalırdı, onu müdafiə edən yüzlərlə döyüşçü yeraltı tunel və bunkerlərdə gizlənirdilər.
Hərbi təhlilçilərin dediyinə görə, Ukrayna silahlı qüvvələrinin xarabalığa çevrilmiş şəhərdə son istehkama sığınmış döyüşçüləri xilas etməyə real şansı yox idi.
***
Bir hissəsi separatçıların nəzarətində olan Donetsk vilayətində ikinci böyük şəhər Mariupol Azov dənizi sahilində strateji ərazidə yerləşir, Ukraynanın əsas hissəsini Rusiyanın nəzarətində olan Krıma birləşdirir. Mariupol Rusiyanın 2014-cü ildə ilhaq etdiyi yarımadaya “quru körpü” deməkdir.
Artıq “Azovstal”dan 959 döyüşçünün çıxarıldığı bildirilir. Rusiya onların təslim olduqlarını deyir. Ukrayna hələlik, xəbəri şərh etməyib.
“Praktik mənada, “Azovstal”ın zəbti müharibənin trayektoriyasını elə də dəyişmir”, – Vest-Poynt şəhərində yerləşən ABŞ Hərbi Akademiyasından beynəlxalq münasibətlər üzrə dosent Robert Person radioya deyib.
“Rusiya artıq bir neçə həftəydi Mariupolun qalan hissəsinə nəzarət edirdi, yəni Kremlin artıq Krıma quru körpüsü vardı. Azovstal orada balansı o qədər də dəyişmir”, – Person deyib.
***
“Azovstal”dakı döyüşçülər həftələrlə Rusiya əsgərlərini məşğul edərək Ukrayna ordusunun digər yerlərdə – paytaxt Kiyev, Xarkov şəhəri ətrafında hücumları dəf etməsinə şərait yaradıb.
“Rusiya Prezidenti Vladimir Putin Mariupolun zəbtindən daxili propaqanda üçün maksimum istifadə edəcək, amma bu, nəhəng bədələ başa gələn Pirr qələbəsidir. Şəhər uğrunda savaş uzanaraq Rusiyaya canlı qüvvə, silah və texnika itkisinə başa gəlib”, – Person deyir.
“Həmin qüvvələrin “Azovstal”da varlığı Ukraynanın kampaniyanı tam uduzmamasının simvolu, Rusiya üçünsə problemin qalması demək idi”, – bunu isə ABŞ-da yerləşən “RAND Corporation” təhlil mərkəzinin eksperti Stefen Flanaqan söyləyir.
***
Rəsmilər, təhlilçilər və Qərbin kəşfiyyat agentlikləri deyirlər ki, Putin Kiyevin, digər böyük şəhərlərin sürətlə tutulacağını, bir çox yerlərdə onların açıq ürəklə qarşılanacağını gözləyirdi. Ancaq əvəzində Rusiya qüvvələri Ukraynada sərt müqavimətlə üzləşiblər.
“Bir sıra məğlubiyyətlərdən sonra Putin böyük bir plyus əldə elədi”, – Vaşinqtonda yerləşən Ceymstaun fondunun prezidenti Qlen Hovard deyir.
“Elə bu müharibənin böyük hissəsi propaqandadan ibarətdir”, – o, sözlərinə əlavə edir.
Putin “Azovstal”ı qoruyan Azov alayının ifrat-sağçı keçmişindən istifadə edərək Ukraynanın “nasistlər” tərəfindən idarə olunduğunu iddia edir, elə “denasifikasiya”nı da işğala bir səbəb kimi göstərib.
***
Azov alayı 2014-cü ilin mayında, Rusiyanın Krımı ilhaq etməsindən sonra Donbasda Moskvanın dəstəklədiyi separatçılarla müharibə başlayandan sonra yaradılıb. Könüllülərdən ibarət alay ifrat-sağçı ekstremist ideologiya əsaslandığından ABŞ Azov üzvlərinə silah göndərilməsini, onların ABŞ-ın başçılıq etdiyi hərbi təlimlərdə iştirakını yasaqlayıb.
Ancaq Azov Donbasda müharibənin ilk günlərində ağır döyüşlərə girib, Rusiyanın dəstəklədiyi qüvvələrin Mariupolu tutmasını önləyib. Alay 2014-cü ildə Ukrayna Milli Qvardiyasına daxil edilib.
Bəzi təhlilçilərin gözləntisinə görə, Rusiya hakimiyyəti dövlət televiziyasında “Azovstal”dan çıxarılan döyüşçülərin paradını göstərə, öz saxta iddialarını təkrarlaya bilər.
Ukrayna döyüşçülərin rusiyalı əsirlərlə dəyişdiriləcəyinə ümid edir. Ancaq Rusiyadan onların mühakimə olunmasına çağırışlar səslənir.
***
Təhlilçilər “Azovstal”ın tutulmasının müəyyən hərbi təsiri olacağını da vurğulayırlar. ABŞ dəniz piyadalarının təqaüddə olan polkovniki Mark Kankian indi rusiyalıların təchizatı, avadanlığı daha rahat daşıyacağını, buradan azad edilən əsgərlərdən Ukraynanın şimalında istifadə olunacağını vurğulayır.
Rusiya həmçinin Mariupol limanını açaraq şəhərə, oradan da Donbasdakı qüvvələrə təchizat, avadanlıq göndərəcək.
“Mariupolda əla liman var, dəhşətli vəziyyətdə olan Rusiya logistikasına köməyi dəyəcək”, – Kankian vurğulayır.
Ancaq Ukrayna rəsmiləri batmış Ukrayna gəmisinin, minaların limanın yenidən açılmasına mane olduğunu deyir. Liman hərbi məqsədlər üçün istifadəyə bir neçə aya hazır ola bilər.
Rusiya martda Azov dənizi sahilindəki daha kiçik Berdyansk limanını tutub və qüvvələrinin təchizatı üçün istifadə edir.