
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın yüksək gücə malik lazer silahını işə salmağa çox yaxın olduğuna dair bəyanatını “müharibə təbliğatı” adlandırıb. Zelenski bildirib ki, bu təbliğatla “fəlakətli səhvlərini” ört-basdır etmək istəyənlər çıxış edirlər.
Rusiya baş nazirinin müavini Yuri Borisov mayın 18-də Moskva yaxınlığında keçirilən iclasda demişdi ki, “Rusiya müxtəlif hədəfləri məsafədən yandırmağa qabil yeni lazer sistemləri” hazırlayır.
TASS agentliyi xəbər verir ki, bu lazer silahının vurma məsafəsi 5 kilometrdir və o guya istənilən dronu bir neçə saniyə ərzində külə döndərir.
Borisov bu silahdan Ukraynada istifadə olunub-olunmadığı barədə suala müsbət cavab verib.
O deyib ki, silahın “ilk prototiplərindən” Ukraynada istifadə olunur.
Yeni silahın fotoları nümayiş etdirilməyib və bu xəbərin səhihliyini müstəqil mənbələrlə yoxlamaq mümkün deyil.
Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə bəyan etmişdi ki, Rusiyanın cəbbəxanasına lazer silahları da daxildir.
Borisov deyib ki, lazer sistemləri hava hücumundan müdafiə raket sistemlərini əvəz edəcək.
Onun sözlərinə görə lazer silahı raketlərlə müqayisədə daha ucuzdur.
***
Borisov deyib ki, “Peresvet” adlı silah dronları vurub sala bilməsə də, 1500 metr hündürlükdə olan peykləri “kor etmək” qabiliyyətinə malikdir.
Zelenski bu silah barədə xəbəri lağa qoyub və deyib ki, belə informasiyalar Rusiya liderlərinin “fəlakətli səhvlərini” ört-basdır etmək məqsədi güdür.
Zelenski bildirib ki, Ukraynada heç cür hərbi uğur qazana bilməyən Rusiya “möcüzəli silah” axtarışındadır.
Ukrayna hərbiyyəsi mayın 18-də bildirib ki, onun qoşunları Donetsk və Luhansk vilayətlərində Rusiya ordusunun 16 hücumunu dəf edib.
Bu da xəbər verilir ki, Ukrayna hərbçiləri mayın 18-də Rusiyanın 20-dən çox zirehli texnikasını və Su-34 qırıcısını sıradan çıxarıblar.