
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyada son zamanlar Ukraynadakı hərbi uğursuzluqlarla bağlı yüksək rütbəli zabitlər ya vəzifədən qovulub, ya da işdən kənarlaşdırılıb. Bu məlumat Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının gündəlik xülasəsində dərc olunub.
Məlumatda deyilir ki, məsələn 1-ci qvardiya tank ordusunun komandanı Sergey Kisel Xarkov şəhərini tuta bilmədiyinə görə vəzifəsindən kənarlaşdırılıb. Britaniya MN kəşfiyyatının məlumatına görə Qara dəniz donanmasının admiralı İqor Osipov (məlumatda rütbəsi vitse-admiral kimi göstərilib) “Moskva” kreyserinin batması ilə bağlı işdən çıxarılıb. Bu kreyser Ukrayna tərəfindən raketlərlə vurulmuşdu.
Məlumatda Rusiya silahlı qüvvələri baş qərargahının rəisi Valeri Gerasimovun öz postunda qaldığı deyilir. Lakin bu da əlavə olunur ki, Putinin Gerasimova etibarının qalıb-qalmadığı məlum deyil.
Britaniya Müdafiə Nazirliyi kəşfiyyatının brifinqində deyilir ki, hazırda Rusiya silahlı qüvvələrində və təhlükəsizlik xidmətlərində “uğursuzluqlar barədə sükut və qurbanlıq keçi axtarışı mədəniyyəti” geniş yayılıb: “Ukraynaya müdaxilə ilə bağlılığı olan bir çox məmurlar bundan sonra əməliyyat uğursuzluqları üçün şəxsi məsuliyyətdən yaxa qurtarmağa çalışacaqlar. Bu isə öz növbəsində Rusiyanın mərkəzləşdirilmiş komandanlıq modeli üzərinə təzyiq yükünə çevriləcək. Çünki zabitlər getdikcə daha çox əməliyyatlarda ən əsas qərarların rəhbərlik tərəfindən qəbul olunacağına belə bağlayırlar”.
Bundan əvvəl Ukrayna xüsusi xidmətləri və Rusiyanın təhqiqat jurnalistləri ölkənin ordu və xüsusi xidmətlərində istefa və həbslər barədə məlumatlar yayıb.