vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
BÖHRAN  
16:35 | 20 may 2022 | Cümə Məqaləyə 781 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

3 aviaşirkətə sanksiya

Rusiya kampaniyaları 62 milyonluq mümkün gəlirdən məhrum olacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

Britaniya Rusiyanın “Aeroflot”, “Rossiya” və “Ural Airlines” aviaşirkətlərinə qarşı sanksiyalar tətbiq edib. Bu barədə hökumətin saytında məlumat verilib. Sənəddə deyilir ki, bu aviaşirkətlər artıq Britaniya hava limanlarında istifadə olunmayan yerlərini sata bilməyəcəklər və bu, Rusiyanın 50 milyon funt-sterlinq (62,3 milyon dollar) mənfəət əldə etməsinə mane olacaq.

“Putin Ukraynaya vəhşicəsinə hücumunu davam etdirdikcə, biz Rusiya iqtisadiyyatına zərbə vurmağa davam edəcəyik. Biz artıq hava məkanımızı Rusiya aviaşirkətlərinin üzünə bağlamışıq. Bu gün onların hava limanlarımızdakı gəlirli yerlərini pula çevirməmələri üçün hər şeyi edirik. Hər bir iqtisadi sanksiya bizim Putinə açıq mesajımızı gücləndirir: Ukrayna qalib gələnə qədər biz dayanmayacağıq”, - deyə Britaniyanın Xarici İşlər naziri Liz Trass bildirib.

Böyük Britaniya əvvəllər hava məkanını və sularını Rusiyaya bağlamışdı, həmçinin aviasiya məmulatları və texnologiyalarının ixracını qadağan etmişdi. Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Britaniya hakimiyyəti Rusiyadan olan 1000-dən çox fiziki şəxsə və 100-dən çox müəssisəyə qarşı sanksiyalar tətbiq edib.

Aprelin ortalarında Avropa İttifaqı “Aeroflot”, “Rossiya” və “Ural Airlines” da daxil olmaqla, təhlükəsizlik səbəbi ilə Rusiyanın 21 aviaşirkətini qara siyahıya salıb. Onlara Avropa İttifaqı ərazisi üzərindən uçmaq və Aİ ölkələrinin hava limanlarından istifadə etmək qadağandır.