
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Böyük yeddilərin “G7” qrupu dövlət sektorunda işləyənlərin maaşlarının ödənməsi və Rusiyanın müdaxiləsinə qarşı mübarizə aparan hökumətin normal fəaliyyət göstərə bilməsi üçün Ukraynaya daha 9.5 milyard dollarlıq iqtisadi yardım göstərilməsi barədə qərar qəbul edib.
Almaniyanın maliyyə naziri Kristian Lindner mayın 20-də jurnalistlərə deyib ki, Ukraynaya bu məbləğin ayrılması barədə qərar bu həftə “G7” maliyyə nazirlərinin və mərkəzi bank rəhbərlərinin Almaniyada keçirilən sammitində qəbul olunub.
Beləliklə təşkilat bu il indiyədək Ukraynaya toplam 19.8 milyard dollar vəsait ayırıb.
Lindner bu barədə deyib: “Biz razılaşdıq ki, Ukraynanın maliyyə durumu onun özünü uğurla müdafiə etməsi qabiliyyətini təsirləndirməməlidir”.
Sözü gedən vəsaitə Birləşmiş Ştatlardan verilən 7.5 milyard, Almaniyadan ayrılan 1 milyard dollarlıq qrant daxildir.
Yerdə qalan 1 milyard dollar “G7”nin digər üzvləri tərəfindən təşkil olunacaq.
***
“G7” qrupu maliyyə nazirlərinin Bonn şəhərində qəbul edilmiş birgə bəyannaməsində deyilir: “Biz bütün bu müharibə boyunca və ondan sonra da Ukraynanın yanında olacağıq və daha çox ehtiyacları ödəməyə hazırıq”.
Xəbər verilir ki, Rusiyanın Ukraynaya müdaxiləsi Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Birləşmiş Krallıq və ABŞ maliyyə nazirlərinin müzakirə etdikləri bütün məsələlərdə qeyd olunurdu:
“Rusiyanın təcavüzkar müharibəsi qlobal iqtisadi fasilələrə səbəb olur, qlobal enerji təchizatı təhlükəsizliyinə, ərzaq istehsalına, ərzaq və kənd təsərrüfatı məhsullarının ixracına və ümumilikdə qlobal təchizat zəncirlərinin fəaliyyətinə təsir göstərir”.
Hələ bu görüşdən əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen və başqa liderlər Ukraynaya Rusiyanın təcavüzünə tab gətirə bilməsi üçün əlavə yardımların edilməsi zərurətindən danışmışdılar.
Beynəlxalq Valyuta Fondunun son proqnozunda deyilir ki, Ukrayna iqtisadiyyatında bu il 35 faiz azalma qeydə alına bilər.