Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
            					
            	
                18:29 | 21 may 2022 | Şənbə
                Məqaləyə 2793 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
                                Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
                                Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
                                ... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
                                Ukrayna ordusunda çinlilər də döyüşür
                                Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
                                Putinin Moldova ümidləri puç oldu
                                Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
                                Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
                                Polşa əsgərlərinə Ukraynada PUA təlimi
                                Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
                                Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
                                AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
                                Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Tanınmış ukraynalı həkim Mariupolda baş verənləri qaçaqmalçılıq yolu ilə gətirilən və dırnaq ölçüsündə olan məlumat kartına qeyd edib. İndi o, Rusiyanın əlindədir və Mariupolun özü çökmək ərəfəsindədir.
Tayra adı ilə oraya gedən Yuliya Paievska iki həftə ərzində insanları ölüm astanasından geri qaytarmaq üçün komandasının gərgin səyləri haqqında 256 giqabaytlıq görüntüləri çəkmək üçün bədən kamerasından istifadə edib.
O, Ukraynanın Mariupolda humanitar konvoyla yola düşən zaman şəhərdə sonuncu jurnalistlər olan “Associated Press” agentliyinin komandasına dəhşətli görüntülər olan nadir klipləri çatdırıb.
Rusiya əsgərləri Tayranı və sürücüsünü ertəsi gün, martın 16-da ələ keçirib. Rusiya Moskvanın Ukraynanı “denazifikasiya etməyə” cəhd etdiyi barədə rəvayətinə uyğun olaraq Tayranı millətçi “Azov” batalyonunda işləyən şəxs kimi təqdim edib.
Lakin AP belə bir sübut əldə edə bilməyib. Dostları və həmkarları onun Azovla heç bir əlaqəsi olmadığını deyib. Onun yaralıların təxliyəsinə rəhbərlik etdiyi hərbi xəstəxana Azovla bağlı deyil. Və onun çəkdiyi videoda Tayranın Ukrayna vətəndaşları ilə birlikdə yaralı rus əsgərlərini xilas etməyə çalışdığı görünür.
Martın 10-da çəkilmiş klipdə iki rus əsgərinin ukraynalı əsgəri təcili yardım maşınından çıxardığı göstərilir. Biri əlil arabasındadır. Digəri dizləri üstədir, əlləri arxasına bağlıdır, açıq-aşkar ayağı zədəlidir. Onlardan birini ukraynalı əsgər söyür. “Sakit ol, sakit ol”, Tayra ona deyir. Bir qadın ondan soruşur ki, rusları müalicə edəcəksən? “Onlar bizə belə xeyirxahlıq etməyəcəklər” - deyə, o cavab verir.
“Amma mən başqa cür edə bilməzdim. Onlar hərbi əsirdirlər”, o əlavə edir.
53 yaşlı Tayra oğurlanmış və ya əsir düşmüş yüzlərlə yerli məmur, jurnalist və digər tanınmış ukraynalılar kimi indi Rusiya qüvvələri tərəfindən əsir götürülüb.
BMT-nin Ukraynadakı İnsan Haqları Monitorinq Missiyası 204 zorla yoxa çıxma hadisəsini qeydə alıb və bildirib ki, bəzi qurbanlar işgəncələrə məruz qalıb, beş nəfər isə sonradan ölü tapılıb.
Cenevrə Konvensiyaları hərbi və mülki tibb işçilərin “hər bir şəraitdə” müdafiəsini ayrıca qeyd etsə da, ruslar tibb işçiləri və xəstəxanaları hədəf alır.
Rusiya əsgərləri mayın 8-də Mariupoldan gələn konvoyda olan qadını hərbi həkim olmaqda günahlandıraraq, onu 4 yaşlı qızı ilə naməlum taleyə sürükləmək və ya Ukraynanın nəzarətində olan ərazilərə davam etmək arasında seçim etməyə məcbur edib. Ana və uşaq ayrılıb.
Rusiya polad zavodunda gizlənən 1700-dən çox ukraynalı döyüşçünün bu həftə təslim olduğunu, Ukrayna rəsmiləri isə döyüşçülərin öz missiyasını yerinə yetirdikdən sonra bölgəni tərk etdiyini bildirib.
Ukrayna hökuməti bir neçə həftə əvvəl Tayranın adını məhbus mübadiləsinə əlavə etməyə çalışdığını bildirib. Lakin Rusiya onun Ukraynanın separatçı Donetsk bölgəsindəki televiziya şəbəkələrində və Rusiyanın NTV telekanalında əlləri qandallı və üzü göyərmiş halda görünməsinə baxmayaraq, onu saxladığını inkar edir.
Tayra Ukraynada bir ulduz idmançı, həm də ölkənin könüllü tibb qüvvələrini yetişdirən şəxs kimi tanınır. Onun fevralın 6-dan martın 10-na kimi lentə aldığı videoda mühasirədə olan və o vaxtdan bəri Rusiyanın işğalı və Ukrayna müqavimətinin dünya miqyasında simvoluna çevrilmiş şəhərin gizli video yazıları əks etdirilir.
Fevralın 24-də, müharibənin ilk günündə Tayra bir Ukrayna əsgərinin açıq baş yarasını sarmaq cəhdlərini lentə alıb. İki gün sonra o, həmkarlarına yaralı bir rus əsgərini yorğana sarmağı əmr edib. O, gənc oğlanı onun əlindən keçən bir çox əsgər üçün sevimli ləqəb olan “Günəş” adlandırır və Ukraynaya niyə gəldiyini soruşur.
“Sən mənə qayğı göstərirsən” - deyə, az qala heyrətlə yaralı bildirir. Onun cavabı “Biz hamıya bərabər yanaşırıq” olur.
Martın 15-də polis məmuru kiçik məlumat kartını “Associated Press” jurnalistlərindən ibarət komandaya verib. Tayra jurnalistlərdən kartı Mariupoldan təhlükəsiz şəkildə çıxarmağı xahiş edib. Jurnalistlər Rusiyanın 15 keçid məntəqəsindən keçərkən kart tamponun içərisində gizlədilib.
Ertəsi gün Tayra sürücüsü Sergeylə birlikdə yoxa çıxıb.
Tayra Ukrayna üçün “Invictus Oyunlar”ın bir hissəsi idi. Keçən il o, “Invictus Oyunlar”ın yaradıcısı olan Britaniya şahzadəsi Harri tərəfindən hazırlanan ruhlandırıcı fiqurlar haqqında “Netflix” sənədli filminin çəkilişi üçün bədən kamerası əldə edib.