
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Kanada Xarici İşlər Nazirliyi Rusiyaya qarşı əlavə sanksiyalar elan edib. Hökumətin saytında verilən məlumata görə, yeni məhdudlaşdırıcı tədbirlər “Rusiya oliqarxları, onların ailələri və Putin rejiminin yaxın adamları da daxil olmaqla 14 şəxsə” tətbiq edilir.
Sanksiyalara həmçinin dəbdəbəli malların Rusiyaya ixracı və Rusiyadan idxalına qadağa da daxildir. Belə ki, Rusiyaya spirtli içkilər, tütün məmulatları, dəbdəbəli geyim və ayaqqabılar, aksessuarlar, zərgərlik və incəsənət məmulatlarının ixracı qadağan olunur. İdxal qadağası spirtli içkilərə, dəniz məhsullarına, balıqlara və qeyri-sənaye almazlarına təsir edəcək. 2021-ci ildə bu malların dövriyyəsi 75,7 milyon dollar təşkil edib.
Bundan əlavə, Kanada hökuməti Rusiya tərəfindən silah istehsalında istifadə edilə bilən malların ixracını qadağan edəcək.
“Putin rejimi əsassız hərəkətlərinə görə cavab verməlidir və verəcək. Kanada müttəfiqləri ilə birlikdə Rusiya rejimi müharibə aparmaq qabiliyyətini itirənə qədər ona təzyiq göstərmək üçün yorulmadan çalışacaq. Bizim Ukraynaya və Ukrayna xalqına dəstəyimiz sarsılmazdır”, - deyə xarici işlər naziri Melani Coli bildirib.
Hökumətin saytında verilən məlumata görə, Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Kanada Rusiya, Ukrayna və Belarusdan olan 1000-dən çox fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Aprelin sonunda Kanadanın İcmalar Palatası Rusiyanın hərəkətlərini Ukrayna xalqının soyqırımı kimi tanıyan qətnamə qəbul edib. Sənəddə deyilir ki, Rusiya Ukraynadakı müharibə zamanı “kütləvi vəhşiliklər” və “Ukraynada mülki şəxslərin qəsdən öldürülməsi kimi sistemli hallar” törədib. Daha sonra İcmalar Palatasının üzvü və sənədin müəllifi Hizer Makferson hakimiyyəti Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə və Ukraynaya humanitar yardımı artırmağa çağırıb.