

Üçtərəfli sənədə sözardı və bir neçə suala cavab
Bayden Ərdoğanı təriflədi
“Rusiya buna cavab vermək məcburiyyətində qalacaq”
NATO Rusiya sərhədlərinə yaxınlaşdı
Əsas mövzu NATO və Ukraynadır
Rusiya II Dünya Müharibəsindən sonra oturuşmuş təhlükəsizlik nizamını pozub
Ankara ehtiyatı əldən verməyəcək
Türkiyə Finlandiya və İsveçə NATO-ya qoşulmağına “yaşıl işıq” yandırmaqla ...
Rusiyanın əleyhinə üç hadisə baş verdi
Üç ölkənin xarici işlər nazirləri memorandum imzalayıb
Ankara bildirir ki, tələbləri icra olunmasa Finlandiya və İsveçin alyansa üzv olmasına mane olacaq
ABŞ əsgər çatışmazlığı ilə üzləşib
Madriddə minlərlə insan NATO sammitinə etiraz edib
Putin bu savaşdan öncə nə umurdu - nə buldu?
Türkiyə Finlandiya və İsveçin NATO üzvlüyünə imkan verəcəkmi?
Madriddə Türkiyə-NATO-İsveç-Finlandiya rəhbərlərinin görüşü keçiriləcək
ABŞ Senatının demokrat və respublikaçı liderləri Finlandiya və İsveçin NATO-ya üzvlük ərizələrini dəstəkləyən və prezident Co Baydeni bu prosesi sürətləndirməyə çağıran qətnamə imzalayıblar.
Senat çoxluğunun lideri Çak Şumer və azlığın lideri Miç Makkonnel deyiblər ki, onların bu sənədi birgə imzalamaları sözü gedən Avropa ölkələrinin NATO-ya qoşulmasına ABŞ-da ikipartiyalı dəstəyin olmasının nümayişidir.
Xəbər verilir ki, Senatın Xarici Münasibətlər Komitəsi icrası məcburi olmayan bu sənədi mayın 26-da qeydiyyata alacaq.
Senatın NATO-nun genişlənməsinə dəstək verən qanuna yay aylarınadək baxacağı gözlənilmir.
Bu qanun layihəsinin təsdiqlənməsi üçün senatorlardan üçdə ikisinin dəstəyi lazım gələcək.
Layihənin asanlıqla qəbul ediləcəyi gözlənilir.
Dörd səhifəlik qətnamədə deyilir ki, “Rusiyanın Ukraynaya müdaxiləsi Avropada təhlükəsizlik vəziyyətini dəyişib və bu səbəbdən də Avropa və ABŞ-ın təhlükəsizliyinin təminatı üçün NATO-nun genişlənməsi kritik əhəmiyyətə malikdir”.
Qətnamə habelə Bayden administrasiyasını Senatın NATO-nun genişlənməsini təsdiqləməsi üçün lazım olan sənədlərin tez bir zamanda hazırlanmasına çağırır.
Qətnamədə habelə NATO üzvü olan digər ölkələrə öz ratifikasiya sənədlərini mümkün qədər tez hazırlamaları üçün çağırış edilir.