

Rusiyanın hücumu nəticəsində 17 dinc sakin ölüb, onlarla yaralanan var
Bəşər Əsədin Luqansk və Donetski separatçılarını tanıdığı üçün
Co Bayden: “Ukraynanı nə qədər lazımdırsa, dəstəkləyəcəyik”
Bayden: “NATO təkcə daha güclü yox, həm də daha yekdil olacaq”
Sanksiyalardan əvvəl fəaliyyət göstərən 20 müəssisədən indi cəmi 2-si işləyir
Rusiya Ukraynada çıxa bilməyəcəyi pusquya düşdü
Rusiyalılar katerlərlə qarnizonun qüvvələrini tələsik evakuasiya ediblər
Makron Moskvanı göz yaşlarına inandıra bilməyib
Bayden Ərdoğanı təriflədi
Uşaqlar müharibənin ağır yükünü daşımaqda davam edir
Boris Conson Putin haqda: “Bu, onun Ukraynada etdiyidir”
Rusiya Ukraynaya təcavüz edəndən bəri keçirilmiş ən böyük əsir dəyişdirilməsi gerçəkləşib
“Promcomplektlogistic” Rusiyaya sanksiyalardan yayınmaqda kömək edib
Qarabağda müharibə başlayır?
İşğal edilən ərazilərin Rusiyaya birləşdirilməsi “qanuniləşdirilir”
ABŞ Rusiyanın müdafiə sənayesi və qızıl idxalına yeni qadağalar tətbiq edib
Rusiya Dövlət Duması mayın 25-də hərbi xidmət üçün yuxarı yaş həddini ləğv edən qanunu eyni zamanda üç oxunuşda qəbul edib. Üstəlik eyni qanun eyni gündə Rusiya parlamentinin yuxarı palatası – Federasiya Şurası tərəfindən qəbul olunub. Yeni qanun Rusiyanın əmək qabiliyyətli əhalisi üçün (Rusiya kişilər üçün bu yaş həddi 65-dir) müqaviləli hərbi xidmət icazəsi verir. Qanunda xaricilərin də Rusiyada bu şərtlərlə müqaviləli hərbi xidmət keçməsinə icazə verilir.
Bundan əvvəlki qaydaya görə Rusiya vətəndaşı ilk hərbi kontraktını 40 yaşına çatmamış, xarici vətəndaş isə 30 yaşınadək bağlaya bilərdi. Layihənin müəllifləri – hakim Vahid Rusiya partiyasından müdafiə komitəsinin sədri və müdafiə nazirinin keçmiş müavini Andrey Kartapolov və onun komitə üzrə birinci müavini Andrey Krasovdur. Bu deputatlar Deputatlar hesab edirlər ki, qanun orduya hazırda ehtiyac duyulan yeni mütəxəssislərin, əsasən həkim və mühəndislərin cəlb olunmasına imkan verəcək.
Qanun layihəsinə əlavə edilmiş izahatda deyilir ki, müasir orduda “dəqiq silahlardan istifadə və onlara xidmət göstərilməsi üçün yüksək ixtisaslı şəxslərə ehtiyac var”. Qanun layihəsi müəlliflərinin fikrincə belə ixtisaslı ekspertlər 40-45 yaşlarında formalaşır.
***
Ekspertlər diqqəti belə bir məqama çəkirlər ki, layihə məhz indi Rusiya ordusunun Ukraynada ağır itkilərə məruz qaldığı bir vaxtda təklif olunub.
May ayının əvvəllərində Britaniya, ABŞ mediası və kəşfiyyatı prezident Vladimir Putinin bu itkilərlə bağlı ümumi səfərbərlik elan edə biləcəyini bildirirdilər. Kreml bu kimi xəbərləri “yalan” və “cəfəngiyyat” adlandırırdı. İndi isə sözü gedən qanun layihəsi qəbul olunduqdan sonra əhalinin daha yaşlı kateqoriyasını müharibəyə cəlb etmək mümkün olacaq.
Ekspertlər Rusiyada ümumi səfərbərliyin elan edilməməsinə baxmayaraq faktiki olaraq belə bir səfərbərliyə cəhdlər edildiyini bildirirlər. Rusiyadan alınan bəzi xəbərlərdə deyilir ki, kişilər guya “hərbi qeydiyyat məlumatlarının” yoxlanması adı ilə hərbi komissarlıqlara çağırılırlar.
***
Hərbi komissarlıqlara belə çağırışların, məsələn Nijni Novqorodda, baş verdiyinə dair xəbərlər var. Əslində Rusiyada “üstüörtülü səfərbərlik” Moskva Ukraynaya səbəbsiz və əsassız müdaxilə edəndən başlanıb.
Bu da xəbər verilir ki, “hərbi qeydiyyat məlumatlarının yoxlanması” bəhanəsi ilə komissarlıqlara çağırışlar bütün ölkə boyunca həyata keçirilir. Bu çağırışlarla hərbi komissarlıqlara gələnləri burada orduya “könüllü yazılmağa” sövq etməyə çalışırlar.
Xəbərlərə görə belə təkliflərdən heç də hamı imtina etmir. Xüsusilə də sayı az olmayan yoxsullar hərbi xidmətdən qazanc əldə etmək üçün fürsət tapmış olurlar.