
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
74 maddə üzrə ittihamlar irəli sürən federasiyasının tələbləri var
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Böyük Britaniya hökuməti rusiyalı milyarder Roman Abramoviçə “Çelsi” futbol klubunun satışına lisenziyanı verib. Britaniya idman naziri Nadine Dorries bildirib ki, İngiltərə hökuməti “Çelsi”nin “Los Angeles Dodgers”ın səhm-sahibi Todd Bohlinin rəhbərlik etdiyi və “Clearlake Capital” tərəfindən dəstəklənən konsorsiuma satışına icazə verən lisenziya verib.
Futbol klubunun hazırkı sahibi Roman Abramoviç Britaniya hökuməti tərəfindən sanksiyalara məruz qalıb. O, Moskvanın “xüsusi hərbi əməliyyat” adlandırdığı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra martın əvvəlində “Çelsi” klubunu satışa çıxarıb.
Britaniya hakimiyyəti əmin idi ki, sövdələşmənin bəyan edilmiş şərtləri nə Abramoviçə, nə də sanksiyalar altında olan hər hansı digər şəxsə maliyyə faydası gətirəcək.
Klubu “Los Angeles Dodgers” beysbol komandasının sahibi, amerikalı milyarder Todd Bohli də daxil olmaqla, iş adamları konsorsiumu 4,25 milyard funta (təqribən 5,3 milyard dollar) satın alacaq. Gəlirlər Böyük Britaniyadakı dondurulmuş bank hesabına köçürüləcək, sonra Abramoviçin söz verdiyi kimi Ukraynadakı müharibə qurbanlarına kömək edən xeyriyyə fonduna göndəriləcək.
Bu məbləğin 2,5 milyard funt-sterlinqi (təqribən 3 milyard dollar) “Çelsi”nin səhmlərinin alınmasına sərf olunacaq. Daha 1,75 milyard funt-sterlinq (təqribən 2,1 milyard dollar) yeni sahiblər tərəfindən klubun inkişafına, o cümlədən qadınlar komandasına, “Çelsi” akademiyasına və klubun Londondakı iki stadionuna investisiyalara yatırılacaq.
Roman Abramoviç Rusiyanın ən varlı adamları siyahısındadır. Onu Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarx adlandırırdılar. Lakin, o özü bunu inkar edir və Rusiyanın siyasi həyatında iştirak etmir. Abramoviçin Rusiya və İsrail pasportları var.
Rusiyanın Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı və Böyük Britaniya ona qarşı sanksiyalar tətbiq edib. Buna görə ABŞ-ın bir neçə fondu onun aktivlərini dondurub, ABŞ Ticarət Nazirliyi isə onun təyyarəsinə texniki xidmət göstərilməsini qadağan edib. 13 aprel 2022-ci ildə Cersi adasının Məhkəməsi Abramoviçlə əlaqəli 7 milyard dollardan çox aktivləri dondurub.
Roman Abramoviç “Çelsi” klubuna 2003-cü ildən sahibdir və martda onun satıldığını elan edib.