“Əməkdaşlığa maraq kifayət qədərdir”
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
09:21 | 29 may 2022 | Bazar
Məqaləyə 1379 dəfə baxılıb
Şriftin ölçüsü
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiya qüvvələrinin Ukraynanın Donbas bölgəsində Ukrayna müqavimətinin ən son istehkamında irəliləyişlər əldə etdiyi deyilir. Kiyev isə hələ də nəzarətində olduğu, amma rusların demək olar ki, tam mühasirəyə aldığı iki əsas şəhərdən biri olan Severodonetskdən geri çəkilməli olacağını etiraf edib.
Bu arada isə Britaniya bildirib ki, Moskva Ukraynaya qarşı başlatdığı səbəbsiz müharibəyə siyasi bəraət qazandırmaq üçün Donbas bölgəsində qələbə çalmağa böyük ehtiyacı var.
Ukrayna Prezidenti Vladimir Zelenski bölgədə hazırkı vəziyyəti “çox çətin adlandırıb”.
“Rusiya qüvvələrini səylərini Donbas bölgəsində cəmləşdiriblər. Onlar maksimum artilleriya atəşi və artilleriya atəşi və raket zərbələrindən istifadə edirlər, Ukrayna qüvvələri isə torpaqlarımızı hazırkı müdafiə resurslarımızın imkan verdiyi şəkildə qoruyur”, Zelenski xalqa müraciətində deyib.
Üç aydır davam edən müharibədə yenidən momentum qazanmaq istəyən rus qoşunları Luqansk vilayətində sürətlə irəliləyərək, diqqətlərini Severodonetsk və Lisiçansk şəhərlərinə yönəldiblər.
Rusiya Müdafiə Nazirliyi mayın 28-də bildirib ki, qüvvələri Moskvanın dəstəklədiyi separatçı döyüşçülərlə birlikdə Severodonetskin qərbində strateji dəmir yolu qovşağı olan Limanı ələ keçirib.
Bundan öncə Britaniyanın Müdafiə Nazirliyi mayın 28-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, ehtimal olunur ki, Rusiya qüvvələri Limanı Rusiyanın hücumunun növbəti mərhələsi üçün ilkin əməliyyatının bir hissəsi olaraq ələ keçiriblər.
Rəsmilərin bildirdiyinə görə, Severodonetskdə Rusiyanın amansızca və fərq qoymadan artilleriya atəşi açması nəticəsində şəhər demək olar ki, tamamilə məhv olub, yüzlərlə dinc sakin öldürülüb.
Luqanskın qubernatoru Sergey Qayday mayın 28-də deyib ki, o, bölgədə təxminən 10 min Rusiya əsgərinin olduğunu təxmin edir və ruslar artıq Severodonetskin bəzi hissələrinə daxil olublar.
“Mümkündür ki, ukraynalılar təslim olmamaq üçün, şəhəri tərk edəcəklər”, Qayday deyib.
Severodonetskin meri Aleksandr Stryuk deyib ki, Rusiya fevralın sonu hərbi müdaxiləyə başlayandan bəri şəhərdə az 1500 nəfər ölüb. Şəhərdə hələ də təxminən 12 -13 min insan qalıb.