
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, Ukrayna ordusu hazırkı məqamda hücuma keçə bilmir, çünki hərbi texnika baxımından hələ də Rusiya silahlıq qüvvələrindən geri qalır: “Biz böyük itkilər verə bilərik, mənimsə prioritetim insanlardır”.
Lakin Zelenski iyunun 7-də “Financial Times” qəzetinin internet konfransında əlavə edib ki, o bu müharibənin “pat” vəziyyəti ilə başa çatmasının, yəni tərəflərin indiki mövqelərində qalmasının əleyhinədir.
Ukrayna prezidenti bunu da bildirib ki, o Rusiya qoşunlarının 24 fevral mövqelərinə qaytarılmasını yalnız “aralıq qələbə” hesab edir.
Onun fikrincə Ukrayna üçün tam qələbə onun ərazi bütövlüyünün tam bərpa olunmasıdır.
Zelenski Qərbi Ukraynanın silahla təchizatını daha da artırmağa və Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.
O təəssüflə bildirib ki, bəzi ölkələr artıq Rusiyaya qarşı sanksiyalardan yorulduqlarına işarə edirlər: “Biz sadəcə olaraq ərazimizi vermək üçün bu qədər insan itirməmişik”.
Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda verdiyi müsahibədə demişdi ki, Rusiyanı “alçatmamaq” mühümdür.
Bir sıra ekspertlər bunu Ukraynaya torpağından keçmək çağırışı kimi qiymətləndirmişdilər.
Makronun sözlərini şərh edən Zelenski deyib: “Biz heç kəsi alçaltmağa hazırlaşmırıq, biz onlara layiqli cavablarını veririk”.