vaxtlı-vaxtında oxuyun! Cümə, 29 mart 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Yetər İran odlarından
od ələndi başımıza,
Dur ayağa! Ya azad ol,
ya tamam yan, Azərbaycan!»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
REGİON  
00:08 | 8 iyun 2022 | Çərşənbə Məqaləyə 347 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Ermənistan Rusiyaya yaxınlaşdıqca ...

... ABŞ rəsmi İrəvana himayəsini ittiham mesajları ilə əvəzləyir

Elçin XALİDBƏYLİ

MÖVZU İLƏ ƏLAQƏLİ

Ermənistan baş naziri Nikol Paşinyan revanşistlərin Rusiyanın “sehrli çubuğu” ilə küçə və meydanlara çıxdığını başa düşür. Ona görə də, rəsmi İrəvanın son vaxtlar Kremllə anlaşmağa çalışdığı barədə məlumatlar mövcuddur.

Həmin məlumatlara görə, Paşinyan hakimiyyəti Rusiya xarici işlər naziri Sergey Lavrovdan Ermənistana səfəri çərçivəsində açıq dəstək gözləyir. Əvəzindəsə, Ermənistanda olan və Rusiyanın vaxtaşırı gündəmə gətirdiyi ABŞ-ın gizli biolaboratoriyaları ilə bağlı Kremlə prinsipial güzəştlər təklif edir.

Ancaq Kreml Paşinyan hakimiyyətinə qətiyyən güvənmir. Ona görə də, əvvəlcə ABŞ-ın gizli biolaboratoriyalarına nəzarət hüququ istəyir. Yalnız bundan sonra Paşinyan hakimiyyətinə Rusiyanın açıq siyasi dəstəyini vəd edir.

Rusiya və Ermənistan arasındakı bu “siyasi bazarlıq” ABŞ və Qərb tərəfindən də diqqətlə izlənilir. Ağ Evin ABŞ Dövlət Departamentinin son hesabatının Ermənistan əleyhinə məzmunu ilə rəsmi İrəvana xəbərdarlıq mesajı verməsinin səbəblərindən biri də məhz budur.

Nəhayət, rəsmi İrəvanın Ermənistanı uzaqlaşa bilmədiyi Rusiyanın orbitində tutmaq niyyətinin arxasında hərbi xarakterli hədəflər də olmamış deyil. Belə ki, Ermənistan ordusu Azərbaycanla 44 günlük savaş nəticəsində darmadağın edilib. Rəsmi İrəvanın isə Ermənistana yeni ordu qurmaq imkanları demək olar ki, yoxdur. Çünki, yeni ordu üçün ilk növbədə müasir hərbi texnika almaq lazımdır.

Ermənistan iqtisadiyyatı isə çökmüş vəziyyətdə olduğundan, rəsmi İrəvan maliyyə qaynaqlarına möhtac qaldığından Qərb ölkələrindən müasir hərbi texnikanın alınması mümkün görünmür. Ermənistan əslində, müstəqillik illərində heç vaxt maliyyə vəsaiti sərf etməklə hərbi texnika və silah ala bilməyib. Ermənistan ordusunun hərbi ehtiyacları Rusiyanın hədiyyə etdiyi silahlar hesabına təmin olunurdu.

Maraqlıdır ki, rəsmi İrəvan bu ənənəni davam etdirməyə can atır. Rusiyadan Ermənistan ordusunun yenidən qurulması üçün ödənişsiz hərbi texnika və silahlar ala biləcəyinə hələ də ümid bəsləyir. Halbuki, Paşinyan hakimiyyətinin bütün ümidlərinə baxmayaraq, Rusiyanın məlum ənənəni davam etdirə biləcəyi artıq o qədər də inandırıcı görünmür.

Məsələ ondadır ki, hazırda Rusiyanın özünün hərbi texnikaya kəskin ehtiyacı yaranıb. Kreml ehtiyatında olan bütün müasir hərbi texnikanı Ukrayna savaş poliqonuna yeridib. Bu ehtiyatlar artıq tükənmək üzrə olduğundan, Kreml hətta Rusiya ordusunu ötən əsrin 70-ci illərində arsenaldan çıxarılmış T-62 tankları ilə təchiz etmək məcburiyyətində qalıb. Belə davam edərsə, Rusiya yaxın aylarda II Dünya Müharibəsində istifadə etdiyi “Katyuşa”lara da möhtac qala bilər.

Belə vəziyyətdə Rusiyanın Ermənistana hərbi texnika hədiyyə edə biləcəyinə yalnız sadəlövhlər inana bilər. Hətta möcüzə baş verib, Kreml Ermənistana silah versə belə, bu, yalnız müasir savaş texnologiyalarından 50-60 il geri qalan köhnə və yararsız hərbi texnikadan başqa bir şey olmayacaq. Yəni, hazırda Rusiyanın Ermənistana hədiyyə etmək üçün hərbi texnikası yoxdur.

Ermənistanın isə ödəniş edib, müasir hərbi texnika almaq üçün maliyyə vəsaiti mövcud deyil. Belə anlaşılır ki, rəsmi İrəvan nə qədər ümid etsə də, cəhdlər göstərsə də, Ermənistan ordusunu yenidən qurmaq şansları qətiyyən yoxdur.

Böyük ehtimalla rəsmi İrəvan indiki siyasi kursuna sadiq qalarsa, Ermənistan hələ bir neçə onillik ərzində ordusuz qalacaq. Və bu, o deməkdir ki, Qərbdəki himayədarlarını da tədricən itirməkdə olan, Rusiyadan da gözlədiyi hərbi dəstəyi ala bilməyən Ermənistan gələcək mövcudluğunu belə, real təhlükə altına atır.