
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiyanın hərbi təcavüzünün başlamasından bəri Ukraynada həlak olan uşaqların sayı 323-ə yüksəlib, yaralanan uşaqların sayı isə 580-ni keçib. Məlumatda son günlər uşaqların həlak olması ilə bağlı məlumatların artdığı qeyd edilir. Bildirilir ki, iyunun 13-dək həlak olan uşaqların sayı 288 nəfər olub.
İyunun 17-də isə BMT Ukraynada həlak olan mülki şəxslərlə bağlı məlumatlarını açıqlayıb. Fevralın 24-dən iyunun 16-dək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının saytında verilən məlumata görə, hərbi əməliyyatlar nəticəsində 294-ü uşaq olmaqla 4509 mülki şəxs həlak olub.
Cəbhədən gələn son məlumatlara görə, Rusiya hərbi qüvvələri Ukraynanın Lusuçansk şəhərini bombardman etməkdədilər. Döyüş bölgəsindəki Ukrayna hərbçilərinə istinadən iyunun 18-də verilən məlumatlara görə, Rusiya Ukrayna ordusunun mövqelərini və şəhər infrastrukturunu artilleriya və reaktiv yayılım atəşinə tutub. Luqanskın hərbi qubernatoru Sergiy Qayday bir gün əvvəl, iyunun 17-də Ukraynanın ictimai televiziyasına güclü partlayışlar nəticəsində çoxsaylı insan təlafatının olduğunu deyib. Daha sonra onlayn paylaşmasında o, şəhərdən çıxan əsas magistral yolun artıq keçilməz olduğunu yazıb.
Böyük Britaniyanın Müdafiə Nazirliyi iyunun 18-də gündəlik kəşfiyyat bülletenində bildirib ki, Rusiya qüvvələri son 48 saat ərzində Syevyerodonetskdən təxminən 115 kilometr şimal-qərbdə yerləşən İzyum şəhərinin cənubuna doğru irəliləyişlərini bərpa edib və şəhəri şimaldan əhatə etməyi hədəfləyiblər.
Rusiya ordusu fevralın 24-də Ukraynaya hücum edib.