Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
            					
            	
                23:55 | 21 iyun 2022 | Çərşənbə axşamı
                Məqaləyə 838 dəfə baxılıb
                
                Şriftin ölçüsü
                
                
                                Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
                                Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
                                Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
                                ... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
                                USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
                                Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
                                Ukrayna ordusunda çinlilər də döyüşür
                                Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
                                Putinin Moldova ümidləri puç oldu
                                Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
                                Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
                                Polşa əsgərlərinə Ukraynada PUA təlimi
                                Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
                                Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
                                AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
                                Sərhədi keçən Rusiya PUA-ları vuruldu
ABŞ-ın baş prokuroru Merrik Qarland deyib ki, Ukraynada Rusiyanın müdaxiləsi başlanandan bəri törədilmiş hərbi cinayətlərin mühakiməsində Kiyevə kömək edəcək. Hazırda Ukraynada səfərdə olan Qarland iyunun 21-də deyib ki, belə cinayətlər üçün məsuliyyət daşıyanlar heç yerdə gizlənə bilməyəcəklər.
Ukraynanın baş prokuroru İrina Venediktova ilə Lvov yaxınlığında görüşən Qarland deyib ki, ABŞ Ədliyyə Nazirliyi hərbi canilərin izlənib aşkarlanması üçün xüsusi qrup təşkil edəcək:
“Biz və partnyorlarımız imkanımızda olan hər bir vasitədən bu vəhşiliklərə görə cavabdehlik daşıyanların mühakiməsinə nail olacağıq”.
Qarland deyib ki, sözü gedən qrup Ukraynaya hərbi canilərin mühakiməsində, sübutların toplanmasında, ekspertizada və insan haqları pozuntularının hüquqi təhlilində dəstək verəcək.
***
ABŞ ədliyyə naziri qeyd edib ki, bu qrupa vaxtilə nasist hərbi canilərinin axtarışına başçılıq etmiş ekspert rəhbərlik edəcək.
Sözü gedən qrup habelə birbaşa ABŞ-ın yurisdiksiyasına daxil potensial cinayətlərin təhqiqatı ilə məşğul olacaq.
Söhbət müharibə zonasında həlak olmuş ABŞ jurnalistlərindən gedir.
“Amerika və dünya Rusiyanın Ukraynaya ədalətsiz müdaxiləsindən törənmiş qəddarlıqları görüb və bu barədə oxuyub”.
Venediktova Qarlanda ABŞ-ın bu dəstəyinə görə təşəkkürünü bildirib: "Biz başa düşürük ki, nəhəng düşmənlərimiz var”.
Rusiya Ukraynaya müdaxilə edəndən bəri bir sıra ekspertlərin fikrincə ağır hərbi cinayətlər törədilib.
ABŞ prezidenti Co Bayden Kiyev yaxınlığındakı Buçada törədilmiş qətlləri hərbi cinayət adlandırıb.