Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
14:11 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 616 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Rusiya qüvvələri Ukraynanın Donbas regionunu atəş altında saxlayır, Luqansk vilayətindəki Lisiçansk və Severodonetsk şəhərlərində Ukrayna qüvvələrini tam mühasirəyə almağa çalışır.
Luqansk hərbi administrasiyasının başçısı Sergey Qayday Lisiçanskdakı Ukrayna qüvvələrinin nəhəng və amansız artilleriya hücumuna məruz qaldığını deyib.
“Onlar oradakı hər şeyi sadəcə məhv edirlər. Binaları dağıdıblar və təəssüf ki, itkilər var”, – Qayday “Telegram”da yazıb.
***
Britaniyanın Müdafiə Nazirliyi iyunun 22-də gündəlik kəşfiyyat bülletenində qeyd edib ki, müharibənin nəticəsi tərəflərin cəbhəyə ehtiyat bölümlərini cəlb etmək bacarığından asılı olacaq.
Britaniya kəşfiyyatı Donetskdə Moskvanın dəstəklədiyi separatçı hakimiyyətin ilkin qüvvə sayının 55 faizi qədər itki verdiyini bildirir. Separatçı qurum özü 2100 ölü, 8900 yaralısı olduğunu açıqlayıb.
Hesabata görə, separatçılar köhnəlmiş Rusiya silahları və avadanlığı ilə təchiz ediliblər. Martın 25-dən bəri rəsmi itki sayını dərc etməyən Rusiya nizami qüvvələrinin də böyük itki verdiyi qeyd olunur.
Ukrayna da rəsmi itki sayını açıqlamır, ancaq Prezident Vladimir Zelenski və digər rəsmiləri hər gün 100-ədək əsgərin öldürüldüyünü bildiriblər.
***
İyunun 21-də Ukrayna ordusu Rusiya qüvvələrinin Lisiçansk və Severodonetsk yaxınlığında iki şəhəri tutduğunu açıqlayıb. Pidlisne və Mirna Dolina Toşkivka-Pidlisne istiqamətində yerləşirlər.
Ukrayna Rusiyanın Toşkivka cəbhə kəndini də ələ keçirdiyini təsdiqləyib.
Britaniya kəşfiyyatının məlumatına görə, itkilərin artmasına baxmayaraq, Rusiya “Donbasa xeyli sayda ehtiyat bölmələri yerləşdirməyə hazırlaşır”.
Zelenski isə ötən gecəki müraciətində hərbi vəziyyətin çox çətin olduğunu deyib.
Severodonetskdəki Azot kimya zavodunda 500-dək dinc sakinin qaldığı xəbər verilir.