Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
16:34 | 22 iyun 2022 | Çərşənbə
Məqaləyə 1002 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Rusiyanın Rostov vilayətinin Novoşaxtinsk şəhərindəki neft emalı zavodunda yanğın baş verib. Bu barədə məlumatı vilayətin fövqəladə hallar idarəsi yayıb. Məlumatda deyilir ki, yanğın səhər saat 9-da başlanıb və bir saat ərzində lokallaşdırılıb.
Bu da qeyd olunur ki, yanğın 50 kvadratmetr sahəni əhatə edib və yayılma təhlükəsi yoxdur. İnsan itkisi barədə məlumat verilmir. Rəsmilər deyirlər ki, yanğının səbəbləri araşdırılır.
Buna baxmayaraq Rusiyanın Sota və Baza teleqram-kanalları yanğının dron zərbəsi nəticəsində başlandığını bildirirlər.
Rusiyanın dövlət TASS xəbər agentliyi yerli hakimiyyət orqanlarına istinadən bildirir ki, neftayırma zavodunun üzərində iki Ukrayna dronu müşahidə edilib.
Xəbərdə deyilir ki, dronlardan biri yerə düşüb və yanğın başlanıb. Başqa bir versiyaya görə, əslində dron zavodun konstruksiyasına çırpılıb.
Daha sonra Rostov vilayətinin qubernatoru Vasili Qolubev bildirib ki, Novoşaxtinsk neft emalı zavodunun ərazisində iki dronun fraqmentləri tapılıb.
Qubernator bildirir ki, yanğın nəticəsində ölən və xəsarət alan yoxdur, zavodun işçiləri evakuasiya edilib.
Novoşaxtinsk zavodu Ukrayna ilə sərhədin 10 kilometrliyində yerləşir.
Moskvanın Ukraynaya hərbi müdaxiləsi başlanandan Rusiyanın həmsərhəd bölgələri atəş və raket zərbələrinə məruz qalır.
Aprel ayında Bryansk vilayətindəki neft bazasında yanğın olub. Yerli rəsmilər yanğının səbəblərini açıqlamasalar da, başqa mənbələr hadisənin dron zərbələri ilə bağlı olduğunu bildiriblər.