vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
REGİON  
17:11 | 25 iyun 2022 | Şənbə Məqaləyə 864 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İran orta əsrlərə qayıdır

Qız şagirdlərə kişi müəllimlərin dərs deməsi qadağan olunur

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İran Təhsil Nazirliyinin orta təhsil üzrə direktor müavini Məhəmmədmehdi Kazımi bütün orta məktəblərində kişi müəllimlərin qızlara dərs keçməsinə qadağa qoyulduğunu açıqlayıb. O, qeyd edib ki, bu məsələyə nəzarət və məsuliyyət tədris bölməsinin rəhbərinin, bölgə üzrə təhsil müdirinin və Baş Təhsil İdarəsinin üzərinə düşür.

Kazımi bundan öncə kişi müəllimlərin qızlara dərs deməsini qadağan edən sərəncamın mayın 18-də bütün təhsil ocaqlarına göndərildiyini deyib.

Qeyd edək ki, bundan bir müddət öncə İranın Təhsil üzrə Planlaşdırma və Kadrlar Mərkəzinin keçmiş rəhbəri İsfəndiyar Çaharbənd mediaya verdiyi açıqlamada ölkədə ciddi müəllim çatışmazlığının olduğunu deyib.

O və başqa bir neçə mütəxəssis müəllim çatışmazlığını obrazlı şəkildə “sunami” adlandırıb və bunu böhranın başlanğıcı hesab ediblər.

Son rəsmi statistikaya görə, İran təhsil sistemində ən azı 200 min müəllim çatışmır.

Kişi müəllimlərin qızlara dərs deməsini qadağan edən sərəncamın imzalanmasından sonra bu sahədə problemin daha da böyüyəcəyi gözlənilir.