
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Rusiya şənbə səhər Ukrayna boyu raketlər atıb və xüsusilə də hərbi obyektləri hədəf alıb. “The New York Times” hücumlarda 40-dan çox raketin istifadə edildiyini bildirib. Qəzet onların Rusiya Prezidenti Vladimir Putinin Sankt Peterburqda Belarus Prezidenti Aleksandt Lukaşenko ilə planlaşdırılan görüşündən saatlar öncə Belarus hava hövzəsindən atıldığını bildirir.
Hücumlar nəticəsində ölənlərin olub-olmadığını dərhal bəlli olmayıb.
Bu arada Ukrayna qüvvələri həftələrdir Rusiya qüvvələri ilə ağır döyüşlərdən sonra şərqdəki Severodonetsk şəhərindən geri çəkilirlər. Bu barədə bölgə rəsmisi məlumat verib. Ruslar şəhərə yaxınlaşdıqda, Luqansk bölgəsinin hərbi administrasiyasının başçısı Sergey Qayday deyib ki, artıq onun sözlərinə görə, qırıq mövqelərdə qalmağın “mənası yoxdur”.
O deyib ki, Severodonetskdə qoşunlara yeni mövqelərə keçmək əmri verilib.
***
Ukrayna bildirib ki, Rusiya qüvvələri Luqansk bölgəsindəki qonşu Lisiçansk şəhərini tamamilə işğal ediblər. Moskva ərazidə 2000-ə yaxın Ukrayna əsgərini mühasirəyə aldığını iddia edib.
Rusiyanın əldə etdiyi irəliləyişlər Kremli Luqansk vilayətinin tam nəzarətini ələ keçirməyə yaxınlaşdırır ki, bu da Moskvanın bəyan etdiyi müharibə məqsədlərindən biridir.
Ukraynanın baş generalı cümə günü ABŞ-dakı həmkarına deyib ki, Ukraynanın Luqanskdakı vəziyyəti sabitləşdirmək üçün Rusiya ilə “silah bərabərliyi”nə ehtiyacı var.
“Biz əməliyyat vəziyyətini və beynəlxalq texniki yardım axınını müzakirə etdik”, – Ukraynanın generalı Valeri Zalujnı ABŞ-ın Birgə Qərargahlar rəisi general Mark Milli ilə telefon danışığından sonra “Telegram” tətbiqində yazıb.
Ukrayna bildirib ki, Rusiyanın Donbas cəbhə xəttində artilleriya üstünlüyü Ukrayna qoşunlarına əhəmiyyətli zərbə vurur. O, Qərb tərəfdaşlarını defisiti azaltmaq üçün onları daha çox silahla təchiz etməyə çağırıb.
ABŞ-ın yüksək vəzifəli müdafiə rəsmisi cümə günü Ukraynanın Severodonetskdən geri çəkilmək qərarını alqışlayıb və bu addımı “peşəkar” və “taktiki” adlandırıb.
“Onlar özlərini daha yaxşı müdafiə edə biləcəkləri bir mövqeyə salırlar”, – adının anonim qalmasını istəyən rəsmi jurnalistlərə bildirib.
Rəsmi Rusiya qüvvələrinin Severodonetsk ətrafında irəliləyişlər əldə etdiyini bildirirsə də, bu irəliləyişlərin çox baha başa gəldiyini deyib.
“Ruslar ağır itkilər veriblər, onlar həmçinin çox sayda texnika itiriblər”, – rəsmi deyib. “Rusiya qüvvələri yorulma əlamətlərini göstərirlər və mənəvi cəhətdən zəifləyirlər və bu, onların sürətlə irəliləmək qabiliyyətinə təsir edir”, – o bildirib.