Müharibə regiona sıçrayır
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
10:46 | 26 iyun 2022 | Bazar
Məqaləyə 827 dəfə baxılıb
Şriftin ölçüsü
Savaşın uzanmasına əvvəlki illərdəki kimi nikbin yanaşmaq mümkün deyil
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Müharibə kontekstində Kiyevə aktiv şəkildə dəstək verən Böyük Britaniyanın baş naziri Boris Conson Moskva ilə “pis sülh” razılaşmasına getmək üçün Kiyevə təzyiqdən qorxduğunu bildirib.
Onun fikrincə, belə bir addım uzunmüddətli qlobal fəlakətə gətirib çıxara bilər: “Həddindən artıq çox ölkə deyir ki, bu, lazımsız Avropa müharibəsidir... və buna görə də Ukraynanı bəlkə də pis sülhə məcbur etmək üçün təzyiqlər artacaq”.
Boris Consonun fikirincə, Rusiya prezidenti Vladimir Putinin Ukraynada istədiyinə nail olmasına icazə vermək beynəlxalq təhlükəsizlik üçün təhlükəli olacaq və uzunmüddətli iqtisadi fəlakətə gətirib çıxaracaq.
“Şübhə yoxdur ki, Ukraynada baş verənlərlə bağlı dünyada bir qədər yorğunluq əmələ gəlib, amma fikirləşirəm ki, onlar qalib gələcəklər. Bu, onların ölkəsidir. Onlar bunun üçün mübarizə aparırlar və lazımi dəstəyə ehtiyacı var”, - Conson deyib.
Britaniyanın baş naziri vurğulayıb ki, indi ukraynalıları pis sülhü qəbul etməyə təşviq etməyin vaxtı deyil, bu onları öz ərazilərinin böyük bir hissəsindən imtina etməyə sövq etməkdir.
Conson təkrar olaraq bildirib ki, belə bir vəziyyət Putin tərəfindən istədiyi anda yeni bir eskalasiya dalğasına səbəb olacaq.
Boris Consonun bu dedikləri Ukrayna ordusunun ölkənin şərq bölgələrində Rusiyanın böyük hücumunun qarşısını almaqda davam etdiyi bir vaxta təsadüf edir.
Rusiyanın hərbi təcavüzü başlayandan bəri Boris Conson iki dəfə Ukraynaya səfər edib.