vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
REGİON  
17:15 | 27 iyun 2022 | Bazar ertəsi Məqaləyə 794 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“Yırtıcı sərçə” iki zavodu dayandırdı

İranın əhəmiyyətli iqtisadi müəssisələrinə haker hücumu olub

CAVİDAN

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın Xuzistan və İsfahan əyalətlərində polad zavodlarına edilən haker hücumları nəticəsində hər iki əhəmiyyətli iqtisadi müəssisənin fəaliyyəti dayandırılıb.

İyunun 27-i səhər saatlarında “Yırtıcı sərçə” adlı haker qrupunun hücumundan sonra Xuzistanın polad zavodu texniki problemlərə görə fəaliyyətlərini dayandırdığını bildirib və zavodun veb saytına giriş mümkün deyil.

2022-ci ilin başlamasından bu yana İranın müxtəlif mətbuat orqanları, dövlət qurumları və əhəmiyyətli strateji-iqtisadi mərkəzlərinin saytlarına, ticarət mərkəzlərinin elektronik sistemlərinə haker hücumları olur və hökumət əleyhinə şüarlar səsləndirilir.

Müxalif təşkilatlar tərəfindən həyata keçirilən hücumların qarşısını almaqdan aciz olan İran hökuməti bunu Amerika və İsrailin üzərinə atıb.