ABŞ–Rusiya “sülh” planı layihəsi ...
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
16:41 | 29 iyun 2022 | Çərşənbə
Məqaləyə 970 dəfə baxılıb
Şriftin ölçüsü
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Ukraynanın işğal edilən Xerson vilayətinin Rusiya qoşunlarının köməyi ilə təyin olunan hakimiyyəti bu regionun təcavüzkar ölkəyə birləşdirilməsi haqqında referendumun keçirilməsinə hazırlığın başlandığını bildirib.
“Biz referenduma hazırlaşırıq və onu keçirəcəyik. Xerson vilayəti qərarını verəcək və Rusiya Federasiyasına birləşəcək, tamhüquqlu subyekti olacaq”, - rusiyayönümlü müvəqqəti administrasiyanın başçısının müavini Kirill Stremousov belə deyib.
“Telelgram”da o yazır ki, regionun sakinləri “ənənəvi ailə dəyərlərinə, bizim ümumi tariximizə qayıtmaq istəyirlər. Avropa pozğunluğuna və Sevginin ilahi gücünün inkarına yox”.
Səsvermənin dəqiq keçirilmə tarixi, hələlik, açıqlanmır. Bundan əvvəl Stremousov onun payızda baş tuta biləcəyini söyləmişdi.
Fevralın 21-də Moskva qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın müstəqilliyini tanıyıb. Fevralın 24-də Rusiyanın Ukrayna ərazisinə tammiqyaslı hərbi müdaxiləsi başlayıb. Rusiya ordusu və separatçıların bölmələri Ukraynanın şərq və cənubunda bir sıra ərazilərini tutub.
Donbasın bir hissəsi və Krım 2014-cü ilin yazından Ukrayna hakimiyyətinin nəzarətində deyil. Krım nəticələrini beynəlxalq ictimaiyyətin tanınmadığı referendum nəticəsində Rusiyanın hissəsi elan olunub. Moskva ilhaqı “tarixi ədalətin bərpası” adlandırıb.