
Trampın NATO planları tutur
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
Almaniya müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır
İsveç müdafiə xərclərini ÜDM-in 3,5 faizinə çatdırmağı hədəfləyir
Qərbdə savaş gözləntiləri artdı, əksəriyyət Rusiyanı göstərir
Almaniya İsraildən müdafiə sistemi alıb
Trampın sammitdə iştirak etmək üçün yalnız bir şərti var
NATO ölkəsi Trampın tələb etdiyi 5 faizlik həddi keçdi
Tanınma nişanı olmayan Rusiya hərbi təyyarəsi narahatlıq yaradıb
Eks-prezident NATO ölkələrini hədələdi
Dünya ölkələri müdafiəyə 2024-cü ildə 2,7 trilyon dollar xərcləyib
Ordusu olmayan NATO ölkəsi narahat olmağa başlayır
Hərbi ekspert tarix verdi
Vahid Avropa ordusu – mif, yoxsa reallıq?
Tramp daha bir yüksək rütbəli ABŞ komandirini işdən çıxarıb
NATO üzvləri təhlükə hissləri artdıqca müdafiəyə nə qədər pul xərcləyirlər?
İsveç müdafiəyə əlavə sərmayə qoymağa qərar verdi
Birlik ölkələri əhalidən təcili ehtiyac ləvazimatları və qida ehtiyatı yıxmağı xahiş edib
NATO Rusiyanı öz üzvlərinin asayiş və təhlükəsizliyi üçün “böyük və birbaşa hədə” elan edib. İyunun 29-da NATO ölkələri liderlərinin Madriddə keçirilən sammitində alyansın baş katibi Yens Stoltenberq deyib ki, bu görüşdən məqsəd II Dünya Müharibəsindən sonra yaranmış ən böyük təhlükəsizlik böhranının aradan qaldırılmasıdır.
Sammitdə qəbul edilmiş bəyanatda deyilir ki, Rusiyasının Ukraynaya müdaxiləsi Avropada II Dünya Müharibəsindən sonra oturuşmuş təhlükəsizlik nizamını dramatik şəkildə pozub.
Alyans bəyanatında habelə Ukraynaya “siyasi və praktik dəstəyini” daha da artıracağını bildirib.
Stoltenberq çıxışında deyib ki, Ukrayna öz müstəqilliyi uğrunda, amma həmdə Qərb dəyərləri və təhlükəsizliyi uğrunda mübarizə aparır.
Lakin Ukrayna prezidenti Vladimir Zelenski NATO sammitində visdeomüraciətində Moskvanın məğlub edilməsi üçün alyansdan daha böyük dəstək və daha çox silah istədiyini bəyan edib.
Zelenski vurğulayıb ki, Ukraynanın daha mükəmməl silahlara və əlavə maliyyə dəstəyinə ehtiyacı var.
O əlavə edib ki, Moskvanın ambisiyaları onun ölkəsi ilə başa çatmayacaq:
“Biz Rusiyanın artilleriya üstünlüyünü dayandırmalıyıq. Bizim daha müasir silahlara, daha müasir artilleriyaya ehtiyacımız var. Bu, Rusiyanın təkcə Ukraynaya qarşı müharibəsi deyil. Bu, Avropada öz şərtlərini diktə etmək hüququ, gələcək dünya nizamı uğrunda müharibədir”.
***
NATO liderlərinin birgə bəyanatında deyilir ki, alyans iyunun 29-da Finlandiya və İsveçi üzvlüyə dəvət edir: “Bu gün biz qərara gəldik ki, Finlandiya və İsveç NATO üzvü olsunlar və onlarla üzvlüyə qəbul protokolları imzalansın”.
Onilliklərdir ki, neytral mövqe tutan Finlandiya və İsveç Rusiyanın Ukraynaya səbəbsiz və haqsız hücumundan dərhal sonra öz təhlükəsizliklərinin təminatı üçün NATO üzvlüyünə müraciət ediblər.
Onların üzvlüyünə Türkiyə blok qoymuşdu. Ankara bu iki Skandinaviya ölkəsini kürd yaraqlıları himayə etməkdə günahlandırırdı.
Lakin Türkiyə, Finlandiya, İsveç və NATO arasında altı həftə davam edən danışıqlardan sonra Ankara müəyyən şərtlər və qarantiyalarla vetosunu geri götürüb.
Stoltenberq deyib ki, o Finlandiya və İsveçin NATO üzvlüyü üçün razılıq protokollarının üzv ölkələrin parlamentlərində çevik bir şəkildə ratifikasiya olunacağına inanır.
***
Bundan əvvəl sammitdə çıxış edən ABŞ prezidenti Co Bayden bildirib ki, Rusiyanın Ukraynaya təcavüzü nəticəsində yaranmış yeni təhlükələrlə bağlı Birləşmiş Ştatlar Avropadakı hərbi mövcudiyyətini gücləndirəcək.
Bayden vurğulayıb NATO Avropada bütün istiqamətlərdə - quruda, havada və dənizlərdə möhkəmləndiriləcək.
ABŞ prezidenti Stoltenberqə deyib ki, ABŞ hərbi dəniz donanması İspaniyadakı Rota bazasında gəmilərin sayını 4-dən 6-ya artıracaq.
Onun sözlərinə görə bundan başqa ABŞ 5-ci Ordu Korpusunun Polşada daimi qərargahı yaradılacaq.
ABŞ bundan başqa Rumıniyada rotasiyalı qaydada 3000 əsgər və 2000-lik hərbi heyət yerləşdirəcək.
Baydenin sözlərinə görə Baltik ölkələrində də qoşun briqaralarının sayı artırılacaq.
ABŞ Britaniyaya F-35 təyyarələrindən ibarət eskadron göndərəcək, İtaliya və Almaniyadakı qoşun birlikləri də böyüdüləcək: “Biz birmənalı mesaj göndəririk ki, NATO güclüdür, həmrəydir və bizim bu sammitdə atdığımız addımlar kollektiv qüdrətimizi gücləndirəcək. Biz “birimizin üzərinə hücum – hamımızın üzərinə hücumdur” şüarını elə-belə səsləndirmirik”.