vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şah İsmayıl Xətai (1487 - 1524)

«Söz vardır kəsdirir başı,
Söz vardır kəsər savaşı»

Şah İsmayıl Xətai (1487 - 1524)
SOSİAL  
13:04 | 25 iyul 2022 | Bazar ertəsi Məqaləyə 3806 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Vahid elektron platforma

Azəriqaz, Azərişıq və Azərsu sistemdə birləşdiriləcək

Osman GÜNDÜZ

MÖVZU İLƏ ƏLAQƏLİ

Prezident İlham Əliyev bir neçə gün öncə “Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nı təsdiq edib. Sənəddə qeyd olunan dövrdə müxtəlif istiqamətlərdə çoxsaylı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Onlardan biri də “kommunal xidmətlərin vahid informasiya sistemi”nin yaradılmasıdır.

Adı çəkilən Strategiyaya görə bu sistem 2022-2023 -də başa çatdırılmalıdır.

Beləliklə, uzun müddətdən bəri gözlənilən, müzakirəsi aparılan layihə gerçəkləşmək üzrədir. Məlum olduğu kimi, bundan xeyli öncə qəbul edilən bir çox sənədlərdə də ASAN-a tapşırılmışdı ki adı çəkilən sistemi formalaşdırsın.

Lakin müxtəlif səbəblərdən, istisna etmirəm ki, həm də müəyyən maraqlı tərəflərin müqaviməti ucbatından, oflayn formada “ASAN Kommunal” yaratmaq mümkün olsa da, vahid elektron platformanı reallaşdırmaq indiyədək mümkün olmayıb.

Bu sistemin reallaşması nələri nəzərdə tutur?

1. Vətəndaşlar bir şəxsi kabinet vasitəsilə onlayn olaraq sistemdə bütün kommunal xidmətlər üzrə məlumatlarına nəzarət edir, hər ay üzrə sərfiyatı izləyir, sayğacdakı məlumatla müqayisə edir.

2. Sistem ancaq ağıllı sayğacların tətbiqini nəzərdə tutur. Ağıllı sayğacda isə nəzarətçilərə ehtiyac olmur, sayğac məlumatları özü oxuyur, özü mərkəzə ötürür. Məlumatın ötürülməsi müxtəlif şəbəkələr, mobil şəbəkə və ya internet üzərindən ola bilər.

3. Ötürülmüş məlumatlar əsasında vahid prinsiplər üzrə “billing sistem“ində sərfiyat üzrə avtomatik hesablamalar aparılır və vahid mərkəzə ötürülür.

4. Hər üç kommunal xidmətin (işıq, su və qaz sərfiyatı ilə bağlı) məlumatları vahid bir mərkəzə yönəlir, burada vətəndaşın şəxsi kabineti formalaşır.

5. Ağıllı sayğaclar şəbəkədə, sistemdə baş verən nasazlıqlar haqqında məlumatları da qeyd edə və ötürə bilir.

6. Tarif dəyişikliyi avtomatik olaraq həyata keçirilir (xatırlayıram ki, əvvəllər kommunal qurumlardan biri bu məqsədlə “WhatsApp”la sayğacların fotosunu tələb edirdi.

7. Xidmətin verilməsi ilə bağlı distant formada məhdudiyyətlər tətbiq etmək mümkündür (əvvəllər xidmətdən istifadəni dayandirmaq üçün “EVDƏN ÇIXANDA XƏBƏR EDİN” mesajları verilirdi)

8. Xidmətin verilməsində dayanma olarsa dərhal məlumat ötürülür.

9. Qeyri-qanuni müdaxiləyə dərhal reaksiya verə bilir və s.

Ümid edirəm, Azəriqaz, Azərişıq və Azərsu qurumlarını vahid elektron platformada birləşdirməyıə cavabdeh olan ASAN və Energetika Nazirliyi qeyd olunan müddətdə layihəni başa çatdıra biləcəklər.

Ümid edirəm formalaşan elektron platforma üzərində, məlumatların toplanması və emalı üzərində, “billing sistem”ləri üzərində, sayğac və xidmətin keyfiyyətinin ölçülməsi üzərində ictimai nəzarət imkanları da yaradılacaq.

Yeri gəlmişkən, strategiyadan görmək olur ki, ölkədə rəqəmsal transformasiya ilə bağlı indiyədək icrası mümkün olmayan bir çox digər layihələrin reallaşması, uzun illər bu sektorla bağlı qəbulu mümkün olmayan qanunların və konsepsiyaların təsdiqlənməsi də adı çəkilən sənəddə nəzərdə tutulub.

Düşünürəm ki, strategiyada müxtəlif istiqamətlərdə rəqəmsal transformasiyaya önəm verilməsi, bütün istiqamətlərdə rəqəmsal və innovativ tədbirlərin nəzərdə tutulması kifayət qədər əhəmiyyətlidir