
Putin göz qorxudur
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Ukraynalı əsgərlər üç il sonra Rusiya işğalı altındakı xəstəxanadan azad edildi
“Dünyada savaş qaydaları çökür”
Keçmiş nazir: “Əgər siz sərbəst vətəndaş kimi xaricə gedirsinizsə, agent sayılırsınız”
Şəhərlə əlaqə kəsilib, hərəkət məhdudlaşdırılıb
Tramp Rusiyanın Ukraynaya son hücumundan danışıb
Rusiyanın Şərqi Avropaya uzanan neft kəmərinə hücum edilib
“Kreml sabotajla cavab verə bilər”
Parisin “canavar” bənzətməsinə Kremldən ağır cavab
Kreml isə cavabında 537 PUA, 8 “İskəndər-M” ballistik və 37 qanadlı raketlə hücum edib
Ukrayna ordusu Rusiya üçün “qiyamət günü” hazırlayır?
Moskvanın dəstəklədiyi separatçılar Ukraynanın şərqindəki Donetsk vilayətində ölkənin ən böyük kömürlə işləyən elektrik stansiyasına nəzarəti ələ keçirdiyini deyir. Rusiya separatçı mediasının yaydığı fotolarda özəl “Wagner Group” şirkətinin muzdluları elektrik stansiyasının administrativ binası qarşısında dayanıb. Ancaq Rusiyanın iddiasını müstəqil təsdiqlətmək mümkün olmayıb.
Britaniyanın Müdafiə Nazirliyi iyulun 27-də gündəlik bülletenində bildirib ki, “Wagner” muzdluları “çox güman” Vuqlerisk elektrik stansiyası ətrafında Novoluqansk kəndi yaxınlığında taktiki irəliləyiş əldə edə biliblər. Qurum stansiyanın separatçıların əlinə keçdiyini təsdiqləməsə də, Ukrayna qüvvələrinin bir hissəsinin ərazidən çəkildiyini qeyd edir.
***
Ukrayna Baş qərargahı axşam hesabatında elektrik stansiyasına toxunmasa da, yaxınlıqdakı Semiqorya kəndi ətrafında döyüş getdiyini bildirib.
Rəsmi məlumata görə, Ukrayna əsgərləri iyulun 26-da Donetsk və Xarkov vilayətlərindəki cəbhə xətti boyunca hücumları dəf ediblər.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkovun sözlərinə görə, Rusiya təyyarələri Donetskdəki Zaytseve kəndi yaxınlığında Ukrayna hərbi mövqelərini vurublar.
Konaşenkov onu da deyib ki, Rusiya raketləri Mikolayev şəhəri yaxınlığında Ukrayna artilleriya diviziyasına ağır zərbə vurublar.
***
Ukrayna ordusu isə Rusiyanın Mikolayev və Odessada özəl binaları və liman infrastrukturunu vurduğunu bildirib.
Odessa vilayətində vurulan binaların yandığı xəbər verilir. Mikolayev vilayətində liman infrastrukturu isə Ukraynada taxıl ixracının bərpası üzrə razılaşmalara baxmayaraq hədəfə alınıb.
Ukrayna rəsmisi uzaq hədəfi vuran Rusiya bombardmançı və qırıcı təyyarələrinin Qara dənizdən zərbələr endirdiyini söyləyib.
Bir neçə gün öncə Rusiya Odessa vilayətinə zərbələri endirmişdi.
Bu zərbələrdən bir neçə saat sonra Xerson vilayətində hərbi-mülki administrasiyaya Moskvanın təyin etdiyi başçı müavini Kiril Stremusov deyib ki, Odessa və Mikolayev tezliklə Rusiya qüvvələri tərəfindən “xilas ediləcək”.
Ukrayna ordusu Mikolayevdə radar stansiyasına hücum etməyə çalışan Rusiya dronunu vurduğunu bildirib.
***
Son 24 saat ərzində Ukraynanın Rusiya tərəfindən atəşə tutulması nəticəsində azı üç dinc sakin öldürülüb, səkkiz nəfər yaralanıb. Məlumatı Ukrayna prezidentinin idarəsi iyulun 26-da yayıb.
Donetsk vilayətində bütün cəbhə xətti boyunca atışma getdiyi, Rusiya qüvvələrinin Baxmut və digər şəhərləri hədəfə aldığı bildirilir.
Donetsk hərbi administrasiyasının başçısı Pavlo Kirilenko yenə də Rusiya əsgərlərini qanunsuz klastr bombalarından istifadədə suçlayıb, dinc sakinləri evakuasiyaya çağırıb.
“Bircə salamat yer qalmayıb. Hər şey atəş altındadır. Ancaq hələ də mülki əhali üçün evakuasiya marşrutları var”, – Kirilenko Ukrayna televiziyasına deyib.
Ukrayna iyulun 26-da Almaniyadan bir neçə yaylım atəşi qurğusu, üç ədəd özüyeriyən haubitsa alıb. Bunu Almaniyanın Müdafiə naziri Kristin Lambrext deyib. Bir gün öncə Almaniyanın Gepard (Leopard) zenit-artilleriya qurğularının ilk partiyası Ukraynaya çatıb.