vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
MÜBHƏM  
19:28 | 8 oktyabr 2022 | Şənbə Məqaləyə 1253 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Çingiz xan Azərbaycanda dəfn edilib?

Alimlərin bu ehtimalı irəli sürmə səbəbi ...

Zaur ƏLİYEV, dosent

Dünyanın yeni tarixinin yazılması Çingiz xanın məzarı tapılmasında sonra baş verəcək deyə ezzoteriklər iddialar irəli sürürlər. Rəvayətlərə görə Tanrı ikinci onun kimi sərkərdənin dünyaya gələrək milyonlarla insanın ölümünə səbəb olacaq dəhşətli müharibənin məhz məzar açılmasından sonra dünyaya bəxş edəcəyi deyilir.

Bəs dünyanın ən güclü sərkərdəsi harda dəfn edilib? Yüz illərdir onun məzarını axtaran arxeoloqlar düşünürlər ki, bu Turan coğrafiyasındadır. Hətta bir neçə məzarı açıb orda Çingiz xanın olmasını desələr də aparılan tədqiqatlar bunun yanlış olduğunu qeyd ediblər . Hazırda Çingiz xanın dəfn edilə biləcəyi ehtimallarından biri də  Ulan Batordan 160 km şimal-şərqdə yerləşən Kentii dağlarının Burxan Xaldun adlı zirvəsidir. Deyilənə görə  O, cavan ikən düşmənlərindən burada gizləndiyinə görə, deyirlər ki, burada öləcəyinə əhd edibmiş. Ancaq son 6 ayda arxeoloqlar və alimlər daha bir versiyanın üzərində ciddi durublar. Bu Azərbaycanda onun dəfn edilməsi versiyasıdır  

Ehtimal edilir ki Çingiz Xan Abşeron yarımadasında (Güzdək, Qobu) dəfn edilib, artıq ilkin araşdırmalara başlanılıb və gerçəklər 2023-cü ildə meydana çıxacaq. Çünki Çingiz xanın sərvətinin böyük hissəsinin bu torpaqlarda gizlədilməsi versiyası barədə tanınan arxeoloqlar fikirlər bildiriblər. Buna görə də böyük Çingiz xanın Azərbaycanda dəfn edilməsi ehtimalını da alimlər irəli sürüblər.