
Bəylər Əyyubov vəzifədən azad edildi
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Fərid Əsgərov Prezidentin Təhlükəsizlik Xidmətinin rəisi təyin olunub
Hansı müavinət və təqaüdlər və nə qədər artırıldı?
Prezidentin Qurban bayramı münasibətilə Azərbaycan xalqına təbriki
Yeni Strategiyada nələr nəzərdə tutulacaq?
Ermənistan baş naziri: “Sülh sazişini imzalamaq imkanını əldə verməməliyik”
Sərəncam 219 nəfərə tətbiq olunub – SİYAHI
Azərbaycan Macarıstanın enerji təhlükəsizliyinə töhfə verir
Dövlət başçısını bir görənlər dönüb bir də baxırlar
Azərbaycan Prezidenti bir səfərdə alına bilinəcək maksimum nəticə əldə etdi
Azərbaycan–Avropa münasibətlərində yeni mərhələyə keçid
Prezident İlham Əliyev İlham Əliyev Antonio Koşta və Ursula Von der Leyenlə görüşüb
AB prezidenti Antonio Koşta İlham Əliyevi “Avropa Siyasi Birliyi”nin Zirvə toplantısına dəvət edib
Ən yaxşı halda, mövcud strategiya içində müəyyən taktiki dəyişiklik yarada bilər
İlham Əliyev mesajında bölgədə faydalı əməkdaşlığın nələrdən asılı olduğunu xatırlatdı
Güclü jest olsa da birliyə işarə edən addım deyil
... Yaxud Məsud Pezeşkianın Azərbaycana səfəri ilə bağlı tezislər
Putin Paşinyanla görüşdən öncə Əliyevə zəng edib. Soçi bəyanatı və üçtərəfli razılaşmaların icrasının müzakirə edildiyi telefon söhbəti Qərbin təşəbbüsünün önünə keçmək istəyən Moskvanın Soçi bəyanatı üzrə irəliləyişə nail olmaq planına hesablanıb və istisna deyil ki, Putin bəzi məsələləri Əliyevlə dəqiqləşdirdikdən sonra Paşinyanla müzakirə edəcək.
Geosiyasi vəziyyətin bölgədə şərtləri müəyyən qədər də olsa dəyişdirdiyi mövcud vəziyyətdə nə sülh sazişi, nə sərhəd, nə də üçtərəfli razılaşmaların digər bəndləri üzrə ortaq mövqe tapmaq çətin görünür, lakin Rusiya vasitəçiliyini “diriltmək” üçün praktikada nəsə etməlidir.
Rusların mümkün təşəbbüslərindən biri Soçi bəyanatında qeyd olunan “Rusiyanın köməyi ilə Azərbaycan və Ermənistan arasında ictimai dialoqun yaradılması, etimadı möhkəmləndirmək üçün parlamentlərarası əlaqələrin qurulması” ilə bağlı ola bilər. Noyabrın 17-də Putinin xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Bakıya səfəri, “etimad mühitinin” yaradılması müzakirələri aparması da buna hesablanmışdı. Şvıdkoy Bakıda olarkən Putin Əliyevə zəng etdi, rəsmi məlumatda iqtisadi əlaqələrin müzakirə edildiyi qeyd olunan telefon söhbətində tərəflərin “Rusiyanın köməyi ilə etimad mühitinin yaradılması” üzərində də müzakirələr apardığı istisna deyil.
Hərçənd, “Soçidə əldə olunmuş razılaşmaların, eləcə də üç ölkənin yüksək səviyyədə əvvəlki birgə bəyanatlarının praktiki olaraq icrası məsələlərinin müzakirə edildiyi” telefon söhbətində Əliyevin Qarabağda qanunsuz erməni silahlı dəstələrinin törətdiyi təxribatlara toxunduğu və erməni qoşunlarının çıxarılması öhdəliyinin icrasının vacibliyini irəli sürdüyü istisna deyil. Digər məsələlərin, elə “etimad mühitinin” yaradılmasının da müzakirə edilməsi bundan keçir.