Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
21:41 | 24 noyabr 2022 | Cümə axşamı
Məqaləyə 694 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Moskva və Kiyev arasında hərbi əsir mübadiləsi baş verib. Hər iki tərəfdən 50 nəfər evlərinə qayıdıb. Ukrayna tərəfdən bu məlumatı Ukrayna prezidenti aparatının rəhbəri Andrey Yermak, Rusiya tərəfdən isə Rusiya Federasiyasının Müdafiə Nazirliyi, eləcə də özünü “Donetsk Xalq Respublikası” (DXR) adlandıran ərazinin rəhbəri Denis Puşilin təsdiqləyib.
Yermakın bildirdiyinə görə, Ukrayna Milli Qvardiyasının 20 hərbçisini, Ukrayna Silahlı Qüvvələrinin 10 əsgərini, 12 dəniz piyadasını, 6 sərhədçini və 2 müdafiə döyüşçüsünü vətənə qaytarıb. Onlardan 19-u Mariupolun müdafiəçisi idi ki, onlardan 12-si Azovstaldan evakuasiya edilib, 15-i Çernobıl Atom Elektrik Stansiyasından və 7-si isə Zmeinıy adasında əsir götürülmüşdü.
Rusiya Müdafiə Nazirliyi və “DXR”-in nümayəndəsi yalnız əsirlərin dəyişdirilməsi faktı və evə qayıdan döyüşçülərin sayı barədə məlumat verib.
“Azad edilən hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tibb müəssisələrində müalicə və reabilitasiya edilmək üçün Rusiya Aerokosmik Qüvvələrinin hərbi-nəqliyyat təyyarələri ilə Moskvaya çatdırılacaq”, – deyə, nazirliyin açıqlamasında bildirilib.
Bundan bir gün əvvəl də Ukrayna və Rusiya növbəti dəfə əsir mübadiləsi həyata keçirib. Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, biri mülki vətəndaş, 35-i hərbçi olmaqla 36 nəfər Ukraynaya qayıdıb. Rusiya Müdafiə Nazirliyi Rusiyanın 35 hərbçisinin geri qaytarıldığını bəyan edib.
Ukrayna ilə Rusiya arasında noyabrın əvvəlində də hərbi əsir mübadiləsi aparılıb. Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak 107 hərbçinin Ukrayna tərəfə, eyni sayda məhbusun Rusiya tərəfə qaytarıldığını bildirmişdi.