vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Dünya ümumiyyətlə quruculuqla, tikib-yaratmaqla yaşayıb, inkişaf edib»

Heydər Əliyev (1923 - 2003)
MÜTALİƏ  
07:40 | 28 noyabr 2022 | Bazar ertəsi Məqaləyə 1370 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tənhaların dünyası

Adamlar bir-birindən ayrılır, ayırırlar ...

Azər QİSMƏT

MÖVZU İLƏ ƏLAQƏLİ

Dünya sosial məsafə tövsiyəsinə öyrəşir. Adamlar ünsiyyət qurmasın deyə. Birinci mərhələ belə oldu: Yaxınlaşıb şappadan əl verib görüşmək, qucaqlayıb öpmək olmaz. Artıq adamlar buna öyrəşdi. Ikinci mərhələ evdə oturub qalmaq. Yalnız virtual ünsiyyət.

Adamlar bir-birindən ayrılır. Evə qaçır, tənhalaşır, kimsəni görmək, ünsiyyət qurmaq istəmir. Proses buna doğru gedir. Dünya üzrə bunu düşünənlərin əsas fikri odur ki, adamlar tənhalaşsın. Tənha adamların rejimi fərqlidir, yeni vərdişlərə öyrəşməlidir. Vaxtında oyanmalı, vaxtında yeməli, vaxtında yatmalı, televizora baxanda da çox vaxt itirməməli. 

Fikir belədir ki, tənhalığa öyrəşən adam cəmiyyətdə qaradinməz olur, qımıldanmır, əl və baş hərəkətləri edir. Özünə çəkilir və az ömür sürür. Bununla da dünya üzrə orta yaş həddi aşağı düşür və adamlar azalır. 

İnsan ünsiyyət istəyir. Tənha adamlar səhərin açılmağını gözləyirlər ki, cəmiyyətə qaçıb adamlarla ünsiyyət qursunlar. Adam olmayacaq – ağaclarla danışacaqlar, həşəratlara sevgi elan edəcəklər, pişikləri qardaş-bacı gözündə görəcəklər. Ürəkdə danışmağı ki qadağan edə bilməyəcəksiz. Ona görə də ünsiyyətdən qalmayın. 

Qarşıdan Yeni il gəlir. Qohumlarınıza baş çəkin. Qoy arxanızca danışsınlar, qoy gizlicə deyinsinlər, amma hardasa oturub düşünəcəklər ki, doğrudan bir yerdə deyib-gülmək nə gözəl oldu.

Qohumlarda tənha adam varsa, Yeni il süfrəsinə dəvət edin. Bəzən onun sizə duasının işığı əvvəlki illərdən çox nura boyayacaq.