Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
17:14 | 1 dekabr 2022 | Cümə axşamı
Məqaləyə 752 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Ukrayna ordusunda çinlilər də döyüşür
Kremli bir ildə üç dəfə məğlub edən siyasətçi
Putinin Moldova ümidləri puç oldu
Kremldən Trampa ironiyalı cavab: “Yaxınlaşma sıfır nəticə verdi”
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
AB şərq qanadının təhlükəsizliyini gücləndirməyi planlaşdırır
Sərhədi keçən Rusiya PUA-ları vuruldu
Avropa İttifaqının (Aİ) xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel Rusiyanın Avropada müharibəyə başladığını ifadə edərək, “Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu qiyməti ödəməlidir”, – deyə o bildirib.
Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının iclası çərçivəsində jurnalistlərin suallarını cavablandıran Borel Rusiyanın müharibədə qalib gələ bilmədiyini, lakin sistemli şəkildə Ukraynaya hücum etdiyini bildirib. Avropanın yeni təhlükəsizlik nizamına ehtiyacı olduğunu vurğulayan Borel, “Çünki Rusiya təhlükəsizliyimizə hücum etdi. Bu Ukraynaya dəstək görüşüdür. Burada müxtəlif dəstəklər təklif olunacaq. Rusiyanın etdiklərinin müharibə cinayəti olduğunu göstərmək üçün Ukraynanın səylərini dəstəkləyəcəyik”, – deyib.
Rusiyanın Avropada müharibəyə başladığını bildirən Borel, “Ukraynanın yenidən qurulması böyük vəsait tələb edəcək. Rusiya bu qiyməti ödəməlidir. “Rəqəmlər nə olursa olsun, biz bunun çox yüksək olacağını bilirik”, – deyib.
Rusiya Mərkəzi Bankının ehtiyatlarının 300 milyard avrosunun bloklandığını xatırladan Cosef Borel belə davam etdi: “Biz həmçinin rus oliqarxlarından təxminən 20 milyard avronu dondurduq. Bu, Ukraynanın yenidən qurulması üçün istifadə edilməlidir. Bu gün çoxlu müsahibələr verəcəyəm. Biz Rusiyanın öz hərəkətlərinin əvəzini ödəməsi üçün bütün hüquqi imkanları yoxlayacağıq. Hesabları bloklamaqla müsadirə etmək arasında fərq var. Təklifimiz masadadır”.
Borel Rusiyaya qarşı yeni sanksiyaların olub-olmayacağı sualına “Sanksiyalar həmişə tətbiq edilir. Qərar verməklə onu həyata keçirmək arasında fərq var. Onları həyata keçirmək asan deyil. Yeni sanksiyalar olacaq, amma hansı sanksiyalar olacağını söyləmək mümkün deyil”, – deyə o, cavab verib.