vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
14:47 | 3 dekabr 2022 | Şənbə Məqaləyə 644 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Rəfasəncani cani kimi ittiham olunur

Sabiq prezidentin qızı hakim qarşısında

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

Noyabrın 30-da İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faizə Haşimin “rejim əleyhinə fəaliyyət göstərmək” və “ictimai asayişi pozmaq” ittihamları ilə mühakimə olunduğu məhkəmənin ilk iclası keçirilib.

Sentyabrın 27-də İranda Məhsa Əmininin ölümündən sonra başlayan etirazlara “nümayişçiləri təhrik” ittihamı ilə saxlanılan, oktyabrın 11-də isə “rejimə qarşı hərəkət etmək” və “ictimai asayişi pozmaq” ittihamları ilə həbs edilən İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin qızı Faize Haşimi ilə bağlı məhkəmə prosesi başlayıb. Faize Haşeminin vəkili Nida Şəms sosial media hesabında məhkəmənin ilk iclasının çərşənbə günü keçirildiyini açıqlayıb. Şəms statusunda Faiz Haşimi ilə bağlı bütün sənəd və faylların müvafiq məhkəmə tərəfindən araşdırıldığını, müvəkkilinin “ölkənin təhlükəsizliyinə qarşı rejimə qarşı fəaliyyət göstərmək” və “ictimai asayişi pozmaq” maddələri ilə ittiham edildiyini bildirib.

Qeyd edək ki, oktyabrın 11-də Faize Haşiminin “rejimə qarşı hərəkət etmək” və “ictimai asayişi pozmaq” ittihamları ilə müvəqqəti həbs edilməsini İran Ədliyyə Qurumunun sözçüsü Məsud Setayeşi demişdi.