vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 12 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Türk milləti böyük bir daşa bənzər, çox gec qızar və gec də soyuyar»

Səttar Xan (1866 - 1914)
BÖHRAN  
08:41 | 6 dekabr 2022 | Çərşənbə axşamı Məqaləyə 730 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

İranda “əxlaq polisi” müəmması

“İrşad Patrulları”nın ləğvi gecdir etirazçılar rejimin dəyişməsini istəyirlər

XALİDƏ

MÖVZU İLƏ ƏLAQƏLİ

İranın rəsmi mediası Məhsa Əminin ölümü ilə başlanan etiraz aksiyalarından sonra “Əxlaq Polisi”nin ləğv edildiyini təkzib etsə də, hökumət rəsmiləri ziddiyyətli açıqlamalar verib. Fəallar rejimin bu xəbərlərlə diqqəti yayındırmağa çalışdığını iddia edirlər.

İranda “Əxlaq Polisi” funksiyasını yerinə yetirən “İrşad patrulları”nın ləğv olunduğu xəbəri həftəsonu həm ölkədə, həm də dünyada böyük əks-səda doğurdu. İranın baş prokuroru Məhəmməd Cəfər Müntəziri məcburi hicab qanununa yenidən baxıldığını, “Əxlaq Polisi”nin də ləğv edildiyini bildirib.

***

Bununla belə, İranın dövlət mediası Müntəzirini təkzib edərək, Daxili İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarına nəzarət etdiyini və bunun məhkəmə sisteminin vəzifəsi olmadığını bildirib. Müntəzirinin bu açıqlamasının konfransda ona verilən suala hazırcavab cavab olduğu bildirilib. Dünya mətbuatı sözügedən inkişafı rejimin “geri addımı” kimi elan etmişdi.

İranlı rəsmilərdən Seyid Əli Xanməhəmmədi “Jamaran News” saytına verdiyi eksklüziv müsahibəsində “İrşad patrullarının missiyası bitib” deyib. Bölmənin bağlanıb-bağlanmaması ilə bağlı sualı cavablandıran sözçü “Prokurorluq və məhkəmə orqanlarının göstərişi əsasında fəaliyyət göstərən əxlaq polisinin vəzifəsi başa çatıb” deyib. Xanməhəmmədi hicab yoxlamalarının "zəruri bölmələr tərəfindən texnologiyadan istifadə edərək daha müasir, daha təsirli və müasir üsullarla davam etdirilə biləcəyini" söyləyib.

İrandakı etirazçılar xəbərdarlıq ediblər ki, hökumət bu xəbərlərlə onların diqqətini yayındırmağa çalışır. Fəalların liderləri ölkədə qadınların geyimində heç bir dəyişiklik olmadığını, “Əxlaq Polisi”nin də iş başında olduğunu bildirib. Sosial media yazılarında üç günlük yeni tətil çağırılıb. Açıqlamada “İrşad Patrulları” ləğv edilsə belə, bunun rejimin hicab siyasətini dəyişməyəcəyi, yalnız qaydanın tətbiqinin dəyişdirilə biləcəyi bildirilib.

***

ABŞ-da yerləşən insan haqları təşkilatı “Abdorrahman Boroumand Center”in həmtəsisçisi Röya Borumand Fransanın AFP agentliyinə, “Bu birliyi (“Əxlaq Polisi” nəzərdə tutulur) ləğv etmək artıq gecdir. Çünki etirazçılar indi rejimin dəyişməsini istəyirlər. Həmçinin qadınların geyiminə və vətəndaşların şəxsi həyatına nəzarət edən qanunları dəyişmədən bu birliyi ləğv etmək sadəcə piar addımı olardı”, – deyib.

Xatırladaq ki, Məhsa Əmininin (22) Tehranda Əxlaq Polisi tərəfindən qaydalara uyğun ört-basdır etmədiyi səbəbilə saxlanılması və 3 gün sonra sentyabrın 16-da vəfat etməsi ictimaiyyətin böyük reaksiyasına səbəb oldu.

İran hakimiyyəti araşdırmaya başlasa da, Əmininin ölümü 1979-cu il İslam İnqilabından sonra ölkədə ən böyük etirazlara səbəb oldu. Norveçdə yerləşən insan haqları təşkilatının məlumatına görə, sentyabrın 16-dan bəri etirazlarda 448 nəfər ölüb.