vaxtlı-vaxtında oxuyun! Bazar, 24 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Vaxt bizi getməli olduğumuz yerə istiqamətləndirir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
ELM-TEXNİKA  
22:53 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 1764 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Telefonların həcmi kiçilir!

Mobil qurğular üçün yarımkürə formasında yeni antena hazırlanıb

ABŞ-ın Miçiqan Universitetinin alimləri mobil qurğular üçün tamamilə yeni antena hazırlayıblar. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, yarımkürə formasında olan bu işləmə bütövlükdə məişət simsiz cihazlar sektorunda inqilabi dəyişiklik edə bilər.

Bu antenanın geniş istiqamətli tətbiqi mobil qurğuların ölçülərini xeyli azaltmaq imkanı verəcək. Müasir antenalar mobil qurğuların korpusunda kifayət qədər böyük yer tutur. Miçiqan Universitetinin professoru Entoni Qrbik deyib ki, antenaların ölçülərinin kiçildilməsi ilə istehsalçılarda simsiz cihazlarda yeni funksiyaların tətbiqi üçün daha çox yer olacaq.
Yeni istehsal üsulu bütün ölçü, tezlik və dizaynda antenaların geniş diapazonunun işlənib hazırlanmasında tətbiq edilə bilər. İstehsalçı yalnız antenanın işləyəcəyi tezliyi bilməlidir. Bundan sonra yeni üsula əsasən istifadə sahəsindən asılı olaraq müasir analoqlara nisbətən xeyli kiçik ölçüdə lazımi qurğu hazırlana bilər.