Şimali Koreyada daşqın fəlakəti
Blokadada qalan 5 min adam xilas edilib
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Myanmanın yeni tarixində ən dəhşətli fəlakət
Daşqın nəticəsində 226 həlak olub, 77 nəfər itkin düşüb
-
Daşqınlarda 10 nəfər həlak olub
Güclü yağışlar nəticəsində kənd və qəsəbələr su altında qalarkən, bəzi körpülər uçub, evlər dağılıb
-
Avropada daşqın fəlakəti
Güclü yağışlarla mübarizə paran Rumıniyada 4 nəfər həlak oldu
-
100 ildə bir ...
Avropada havanın temperaturunun qəfil enməsi bir çox ölkədə həyata iflic edib
-
“Buradan böyük güc alıram”
Şimali Koreya ilk dəfə olaraq uranın zənginləşdirilməsi obyektini ictimaiyyətə açıqladı
-
Şimali Koreyadan növbəti ballistik raket
Cənubi Koreya və Yaponiyadan etirazlar gecikmədi
-
Pxenyan qorxub
Kim Çen Inın dünənki səs-küylü bəyanatına qarşı Seulda üçlü zirvə görüşü
-
Şimali Koreyadan nüvə hədəsi
Kim Çen In: “Şimali Koreya məsuliyyətli nüvə dövlətidir”
-
Mərakeşin sel fəlakəti
Bölgəyə düşən illik yağıntının yarısı son iki gündə yağıb
-
“Donanmanın bazaya ehtiyac var”
Şimali Koreya lideri hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır
-
Cənubi Koreya “anti-drone sistem” qurur
Şimali Koreyanın pilotsuz uçuş aparatlarının təhdidlərinə qarşı hazırlıq görülür
-
Zibil müharibəsi yenidən qızışdı
8 saatda 260 plastik butulka dolu torba göndərilib
-
Kimin şousu bitmir
Şimali Koreya indi də yeni çoxlüləli raket buraxılış qurğusunu təqdim edib
-
Torpaq sürüşmələrində 2 nəfər itkin düşüb
İtaliyada güclü yağışın səbəb olduğu sel və daşqınlara səbəb olub
-
“Azadlıq Qalxanı”
Cənubi Koreya və ABŞ canlı sursatla hava təlimlərinə başlayıb
-
Kim gülərək izləyib
Şimali Koreyada kamikadze PUA nümayişi
Şimali Koreya ölkənin Çin sərhədinə yaxın hissələrinə təsir edən leysan yağışları nəticəsində fəlakətlə qarşılaşıb. Ölkə mətbuatında yer alan xəbərlərə görə, başda Sinuiju şəhəri və Phyonqan əyalətinin Uiju rayonu olmaqla, bir çox bölgədə iyulun 27-dən rekord miqdarda yağan yağışlar, Amnok çayında suyun səviyyəsi təhlükə həddi keçib. Daşqınlar səbəbindən 5 min insan yaşadıqları ərazilərdə blokada qaldığı halda, ordunun helikopter dəstəyi ilə həyata keçirdiyi xilasetmə əməliyyatına ölkə lideri Kim Çen In şəxsən rəhbərlik edib.
***
Xilasetmə əməliyyatından sonra Hərbi Hava Qüvvələrinin şəxsi heyətini uğurlarına görə təbrik edən Kim, helikopterlərin yarım gündən bir qədər çox müddətdə sel zonalarından bu qədər çox insanı xilas etməsini “inanılmaz” adlandırıb. Sinuiju şəhəri və Uiju bölgəsindəki daşqınların çox ciddi zərər verdiyini bildirən Kim, insanların həyatını və əmlak təhlükəsizliyini qorumağın prioritet olduğunu bildirib. Dövlət orqanlarının qida, dərman və gündəlik ehtiyaclar da daxil olmaqla, təbii fəlakət qurbanlarına hər cür dəstəyi verməli olduğunu vurğulayan dövlət başçısı, mümkün yeni fəlakətlərin qarşısını almaq üçün sürətli addımlar atmağı əmr edib.
***
Şiddətli yağış, daşqın və tayfun kimi fəlakətlərə qarşı tədbir görülməsinin vacibliyini dəfələrlə vurğuladığını söyləyən Kim Çen In, “Bu cür ciddi tədbirlərlə bağlı məsuliyyətsizliklər barədə əvvəllər dəfələrlə səlahiyyətlilərə xəbərdarlıq etmişəm”, – deyib. Son günlərdə yağan şiddətli yağışların fəlakətdən əvvəl proqnozlaşdırıldığını ifadə edən dövlət başçısı, “Ancaq təbii fəlakətlərin yaratdığı fəsadların qarşısının alınması üçün işlərə hələ lazımi əhəmiyyət verilməyib. Mühüm vəzifələrdə çalışan məmurların tənbəlliyi, şəxsi maraqları çox ciddi həddə çatıb”, – deyib.
Milli Fövqəladə Hallara Müdaxilə Komitələrinin əyalət əsasında fəaliyyət göstərdiyini, lakin bu fəaliyyətlərin yalnız nəzəri olaraq qaldığını bildirən Kim Çen In, fəlakətlə mübarizə qurumlarının ordunun xilasetmə əməliyyatından asılılığını tənqid edib. Xalqın həyat və təhlükəsizliyini tam təmin etmək üçün məsuliyyət daşıyan ictimai təhlükəsizlik orqanlarının “səhlənkar davrandığını” deyən ölkə başçısı, səlahiyyətlilərə lazımi tədbirlərin görülməsini tapşırıb.