vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
REGİON  
21:38 | 7 avqust 2024 | Çərşənbə Məqaləyə 332 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Əxlaq polisinə qarşı təhqiqat

İranda gənc qadınlara qarşı zorakılıq edən məmurlarının araşdırılması qərarı

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

İranda məcburi hicab qaydalarına əməl etmədiyi üçün iki gənc qıza fiziki zorakılıq edən qadın polislərin görüntüləri etiraz doğursa da, prokurorluq sözügedən qadın polislərə qarşı araşdırmalara başladıldığını açıqlayıb.

Sosial mediada paylaşılan və göründüyü kimi paytaxt Tehranda baş verən görüntülərdə qadın polislər iki gənc qızı zorla polis maşınına mindiriblər.

İran mediası xəbər verir ki, iyunun 21-də baş verən hadisənin videolarında qadın polislərin hicabsız olduğu görünən iki qızı saxladığı, qızları zorla maşına mindirməyə çalışdığı və polislə qızlar aralarında dava olduğu görünür.

Qızlardan biri polisə müqavimət göstərmədən avtomobilə əyləşərkən, polislə mübarizə aparan digəri zorla mindirilib.

Görüntülər sosial şəbəkədə yayımlandıqdan sonra məlum olan hadisə ictimaiyyətin reaksiyasına səbəb olub. Bu reaksiyalardan sonra Tehran Hərbi Prokurorluğu yazılı açıqlamada görüntülərin doğruluğunu təsdiqləyib.

Açıqlamada fiziki zorakılıq tətbiq edən polis əməkdaşlarının müəyyən edilərək ifadə vermək üçün prokurorluğa çağırıldığı və hadisə ilə bağlı araşdırmalara başlanıldığı qeyd edilib.