Ukrayna Rusiyada irəliləyir
“Kursk əməliyyatı əsir mübadiləsi prosesi üçün ən böyük sərmayə oldu”
CAVİD
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
Dəstək, yoxsa sərvət?
ABŞ-dan Ukraynaya milyardlarla dollarlıq hərbi yardım yoldadır
-
375 milyonluq hərbi yardım
Bayden Zelenski ilə görüşündə Ukraynaya tam dəstəyini təkrarlayıb
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
“Nüvə fəlakəti qapının astanasındayıq”
“Kubadakı raket böhranından bəri göründüyündən daha böyük risklə üz-üzəyik”
-
Rusiyada şiddətli partlayışlar
Ukrayna nəhəng silah anbarına zərbə vurub
-
Kiyev üçün ölüm-qalım dilemması
Rusiya-Ukrayna müharibəsində ölən və yaralananların sayı 1 milyona çatıb
-
Rusiya Ukrayna taxılından necə pul qazanır?
Türkiyə işğal olunmuş ərazilərdən çıxan gəmiləri qəbul etmədiyini bəyan edib
-
“Bizi aldadıb işləməyə məcbur etdilər”
Rusiya ordusuna qatılan 4 hindistanlı ölkələrinə qayıdıb
Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna ordusunun Rusiyanın Kursk vilayətində 1250 kvadrat kilometrdən çox ərazini və 92 yaşayış məntəqəsini nəzarətə götürdüyünü açıqlayıb. O, Putini ərazisini müdafiə edə bilmədiyini deyib. Son xəbərlərə görə, Zelenski Ukraynanın xaricdəki səfirləri ilə görüşüb və müzakirələr edib.
***
Ukrayna əsgərlərinin Rusiyanın Kursk vilayətinin müəyyən bölgələrində müdafiə əməliyyatlarını davam etdirdiyini bildirən Zelenski deyib: “Bu günə olan məlumata görə, qüvvələrimiz 1250 kvadrat kilometrdən çox əraziyə və 92 yaşayış məntəqəsinə nəzarət edir. Biz mövqelərimizi möhkəmləndirməyə, bəzi əraziləri sabitləşdirməyə və Ukrayna üçün əsir mübadiləsi fondunu doldurmağa davam edirik. Ümumilikdə, bu əməliyyat ukraynalıların əsir mübadiləsi prosesi üçün ən böyük sərmayəsinə çevrilib. Bir əməliyyatda biz çoxlu sayda rus əsiri ələ keçirdik. Bu mühüm nəticədir”.
Kursk əməliyyatında iştirak edən hərbçiləri ictimaiyyətə açıqlaya bilməyəcəklərini qeyd edən Zelenski, “Onların hər birinə təşəkkür edirəm. Qəhrəmanlarımıza hamımız adından təşəkkür edirəm. Hazırda Rusiya sərhədi bizim Sumidən keçir. Bölgənin böyük ölçüdə rus ordusundan təmizlənməsi əməliyyatımızın taktiki məqsədləri arasındadır”, – deyib.
***
Dünyada bir çox insanın Ukraynanın Kursk bölgəsində əməliyyata başlamaq planını eşidəndə bunun qeyri-real olduğunu deyə bildiyini deyən Zelenski, “Buna görə heç kim bizim əməliyyata hazırlığımızdan xəbərdar deyildi. İndi əsgərlərimizin əsl uğuru sərhədin o biri tərəfində fəal müdafiə etməkdir və Putinin bizim aktiv hərəkətlərimizə qarşı öz ərazisini müdafiə edə bilməməsi çox təsir edicidir”, – deyib.
***
Rusiya ərazisində uzaqmənzilli silahlardan istifadə edilib-edilməməsi ilə bağlı Zelenski deyib: “Əgər tərəfdaşlarımız Rusiya ərazisində silah istifadəsinə dair mövcud məhdudiyyətləri aradan qaldırsalar, xüsusilə də öz ərazimizi qorumaq üçün Kursk bölgəsinə fiziki olaraq girməyə ehtiyac qalmayacaq. Ukrayna vətəndaşları sərhəd bölgəsində və Rusiyanın təcavüz potensialını ortadan qaldırır”, – deyib.
İkinci Ukrayna Sülh Sammiti məsələsinə toxunan Zelenski, sammitin bu il baş tutması üçün hər şeyi etməli olduqlarını bildirib. Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı Zelenski bildirib ki, ukraynalı diplomatlar “NATO yalnız Ukraynanın üzvlüyü ilə tamamlanacaq” anlayışını gücləndirməyə çalışmalıdırlar.
Qara dəniz regionundan danışan Zelenski qeyd edib ki, bu regionun Rusiyanın hərbi təhlükəsindən azad olmasını təmin etmək üçün bütün tərəfdaşlarla birlikdə işləmək lazımdır.