

Orban: “Sülh planını gözləsək, heç vaxt sülh olmayacaq”
Brüssel Budapeştdə təşkil edilən toplantıya aşağı səviyyədə heyətlə qatılıb
AB administrasiyası ilə Macarıstan arasında “cəza” gərginliyi davam edir
Orban: “Qiyamət zamanı təkcə fərdlər deyil, millətlər də mühakimə olunacaq”
Orbandan: “Qonaqların sayı ev sahiblərinin çox olanda o, artıq ev deyil”
“Simvolik də olsa, siqnal göndərməliyik”
Avropa Parlamentinin deputatları Macarıstanın Aİ-də səsvermə hüququnun alınmasını tələb edir
AB-nin Macarıstanla bağlı qərarı
Viktor Orban: “Baş nazir üçün dua edirik”
“Sanksiyalar təcavüzkarın cinayətlərinə görə məsuliyyət daşımasına kömək edir”
Baş nazirdən Rusiya Prezidentinə telefon zəngi
Fond Budapeştdəki ofisini Berlinə köçürür
Baş nazirdən Sorosa suçlama
Putin Avropanı dağıtmaq üçün Macarıstan baş nazirindən istifadə edir
Mixail Saakaşvili: «Artıq Krakovetsə gedirik»
Səfir Vilayət Quliyevin Ramil Səfərovun azad edilməsi ilə bağlı xatirələri
Macarıstanda aprelin 6-da keçirilmiş parlament seçkisinin ilkin nəticələri açıqlanıb. «Media forum» saytı xəbər verir ki, mühafizəkar sağları təmsil edən hakim Vətəndaş İttifaqı Partiyası (FİDES) 66,83 faiz səslə inamlı qələbə qazanıb. Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi partiya 133 mandat götürüb.
Sosialist Partiyasının başçılığı ilə qurulmuş sol liberal blok 19,1 faiz səs toplayaraq 38 mandat alıb. Ultrasağ Yobbik Partiyası (11,56 faiz səs, 23 mandat) və Yaşıllar Partiyası (2,51 faiz səs, 5 mandat) sonrakı yerləri tutublar.
Macarıstanın solçu partiyaları Viktor Orbanın səslərin 2/3-ni toplamaqla hakimiyyətə gəldiyi 2010-cu il seçkilərindən sonra, nüfuzlarını bərpa edə bilməyiblər.
«Qələbə bizimdir»
«Şübhəsiz ki, qələbə bizimdir», - deyə, bazar günü axşam Orban Budapeştdə öz tərəfdarlarına bəyan edib. O həmçinin bildirib ki, seçkilərin nəticələri Macarıstan əhalisinin Avropa İttifaqında qalmaq, ancaq bunu güclü milli hökumətlə etmək istəyinin göstəricisidir.
«Mən Macarıstanın gözəl bir yerə çevirlməsi üçün hər gün işləyəcəm», - baş nazir vəd edib.
Beləliklə, 2010-cu ildən baş nazir postunu tutan Viktor Orban yenidən təkbaşına hökumət qurmaq hüququ əldə edib. O, 1998-2002-ci illərdə də Macarıstanın baş naziri olub.
Onu da qeyd edək ki, iki il öncə Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş azərbaycanlı zabit Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasından sonra baş nazir Viktor Orban öz ölkəsində və bəzi Avropa qurumlarında ciddi tənqid dalğasına məruz qalmış, reputasiyası zədə almışdı. Görünür, o, həmin qərarının Macarıstan üçün faydalı olduğuna öz seçicilərini inandıra bilib.