

Rus casusların agentlər hədəfdə olan jurnalist İŞİD üzvü kamikadzedən istifadə etmək istəyib
Rusiya İngiltərə səfirliyinin iki əməkdaşını deportasiya edəcək
Britaniyada üç bolqar Rusiyaya casusluqda ittiham olunub
Böyük Britaniyanın Suriya qərarı ...
İngiltərədə qan donduran hesabat: “2000 qadın kişilər tərəfindən qətlə yetirilib”
Britaniya bombardmançılarını alman qırıcılarından qoruyan həmlə
Dünyadakı vəziyyət 1930-cu illəri xatırladır ...
ABŞ-ın Rusiya ilə yaxınlaşması alyansda dərin şoka səbəb olub
Kral Çarlz demokratiyanı dəstəkləməklə qeyri-adi cəsarət göstərir
Yaxud Maltadakı gəmidə taleyi həll olunan Avropa
Böyük Britaniya TikTok ilə bağlı araşdırmaya başlayıb
Makron: “Başımıza gələcəklərə hazır olmalıyıq”
Avropa Trampın arzularını gerçəkləşdirir
Keir Starmer: “Keçmiş səhvlərdən dərs çıxarmalıyıq”
Ursula Von der Leyen: “ABŞ-lı dostlarımızla birlikdə ortaq maraqlarımız üçün addımlar atırıq”
Rutte: “Avropa sülh sazişinin davamlı olmasını təmin etmək üçün böyük rol oynayacaq”
Sənədlər üzə çıxarıb ki, Şahzadə Endrü öz şirkəti üçün 2,5 milyard funt-sterlinq ianə toplamaq istəyərkən Çin Kommunist Partiyasının yüksək rütbəli məmurlarından gizli məsləhətlər alıb.
“The Times” qəzetinin iddiasına görə, Dük, Çində indi ləğv edilmiş Pitch@Palace sahibkarlar proqramı üçün pul toplamaq məqsədilə “kral ailəsi mənsubluğundan istifadə etməyi” planlaşdırırdı.
Məlumatlar Endrünün yaxın sirdaşı Yanq Tenqbonun Çin casusu olduğu iddialarından sonra milli təhlükəsizlik səbəbi ilə Böyük Britaniyadan uzaqlaşdırılmasından sonraya təsadüf edib.
Yanqın telefonunda tapılan sənədlər arasında Yanq və Duke arasında planlaşdırılan görüşlə bağlı xatırlatma qeydi də olub. “The Times” yazır ki, məlumatlarda Çinin Londondakı səfiri Jenq Zequanqın Endrüyə “dəyərli ünsiyyət kanalı” kimi baxdığı bildirilir.
Yanqın telefonundan əldə edilən digər sənədlər, Endrünün 2019-cu ildə Çin Dövlət Şurasının İnformasiya İdarəsinin direktoru Jianq Jianquodan məsləhət aldığını göstərir.
Britaniya Şərqi Asiya Şurasının baş katibi Alistair Miçi bu bildirib ki, Endrü Çində dünya liderlərinin konfransı keçirmək istəyir.
“Mən bilirəm ki, Əlahəzrət York Hersoqu sizin şəxsi fikrinizi qiymətləndirəcək. Bu, ona öz planlarını formalaşdırmağa və bununla da kompromis əldə etməyə kömək edəcək”, – o yazıb.
“Londonda olarkən mən Əlahəzrət York Hersoqu ilə özəl və qeyri-rəsmi şəkildə məsləhətləşə bilərəm”.
Pitch@Palace, Endryu tərəfindən əsası qoyulmuş, əsasən texnologiya sektorunda olan startapları potensial investorlarla əlaqələndirmək məqsədi daşıyan “Dragons' Den” tipli mentorluq şəbəkəsi idi.
Fondun Çin ayağı “York hersoqu, Yaxın Şərq ölkələri və Çin arasında qızıl dostluq üçbucağı” yaratmaq məqsədi daşıyırdı və Yanq tərəfindən idarə olunurdu.
Sənəddə deyilir: "Fond Britaniya kral ailəsinin müəyyən ölkələrlə ənənəvi dostluq münasibətləri üzərində qurulacaq və bu tərəflər və çinli tərəfdaşlar arasında dostluq və qarşılıqlı etimadı inkişaf etdirəcək”.
Partiya siyasətindən üstün olduğu və seçki dövrlərindən təsirlənmədiyi üçün kral ailəsi uzunmüddətli baxışları həyata keçirə və sabit, davamlı təsir göstərə bilər.
50 yaşlı Yanq 2021-ci ildə saxlanılıb və Çin Kommunist Partiyasının (ÇKP) xarici məmurlar üzərində təsir imkanları əldə etmək vəzifəsi daşıyan kölgə qolu olan Pekinin Birləşmiş Cəbhə İşi Departamentinə ünvanlanmış məktublarla ələ keçirilib.
Onun yüksək səviyyəli əlaqələrindən Bukingem Sarayına və digər kral iqamətgahlarına dəvət olunmaq üçün istifadə etdiyi deyilir, yeni məlumatlarda isə onun iki keçmiş baş nazirlə də görüşdüyü iddia edilir.
“The Sunday Times” iddia edir ki, çinli casus, David Kameron ilə son 15 ildə Dauninq-stritdəki qəbulda və Tereza Meyin Londondakı ofisində rəsmi tədbirdə tanış olub.
Yanq, “səhv və ya qeyri-qanuni heç bir şey etmədiyini” və “onun haqqında geniş yayılmış “casus” xarakteristikasının tamamilə həqiqətə uyğun olmadığını” söylədi.