
Kütahyada zəlzələ
4,2 bal gücündə
4,2 bal gücündə
Trafikdə ən çox vaxt itirilən şəhərlərin sıyahısı
15 nəfər haqqında həbs qətimkan qərarı verilib
Təkanlar 4.9 bal gücündə 11 km dərinlikdə olub
İnsanlar gecəni küçələrdə keçirdilər
Kütahyada bir-birinin ardınca qorxunc zəlzələlər baş verib
AFAD-dan İstanbul zəlzələsi ilə bağlı son dəqiqə açıqlaması
İstanbulda bir dükan sahibinin hərəkətləri sosial mediada trend olub
Zəlzələyə baxmayaraq istehsal davam edib
Afterşoklar və sunamilərin yaranma səsəbləri
Maraş zəlzələsini proqnozlaşdıran Frank Huqerbitsdən yeni açıqlama
İstanbulda baş verən zəlzələnin ilk texniki analizi nəşr olundu
Alman seysmoloq İstanbul zəlzələsini şərh edib: “Növbəti təkanlar 7,4-ə çata bilər”
2027-ci ildə dünyanın sonunu proqnozlaşdıran 900 illik kitab yenidən gündəmə gəlib
Türkiyədəki zəlzələ haqqında danışan seysmoloq: “Yaxşı qurtardıq”
Tanınmış seysmoloq: “Təkanlar fay üzərindəki gərginliyi artırır”
1557-ci ildə tikilmiş Osmanlı memarlığının şah əsərlərindən biri olan Süleymaniyə məscidi Sultan Süleymanın hakimiyyətinin əzəmətini göstərən simvoldur. Bu möhtəşəm binanın tikintisi isə dahi memar Sinan tərəfindən 7 ilə meydana gəlib.
Süleymaniyə, İstanbulun ən yüksək təpəsi üzərində Qanuni hökmdarlığının gücünü göstərmək üçün inşa edilib.
Məscidin tikintisi ilə bağlı belə bir əfsanə var. Sultan Süleyman məscidin tikintisinə çox ciddi fikir verirdi və xəzinədən memar Sinan üçün istənilən məbləği ödəməyi tapşırıbmış. Arxitektura sahəsində dünya nəhənglərindən biri sayılan memar Sinan bütün gücü ilə tikintinin tez bitməsinə çalışıb. Lakin bir müddət Osmanlı xəzinəsi çətinlik ilə üzləşib və bu da tikintinin başa çatmasına əngəl yaradıb.
Bunu eşidən Səfəvi şahı l Təhmasib Sultana dəstək olmaq niyyəti ilə ona bir sandıq qiymətli daş-qaş göndərib. Sultan hədiyyəni alıb və Şahın ona kömək etmək istəyini təkəbbüründən başqa cürə anlayıb. O elə hesab edib ki, Səfəvi Şahı Sultana hədiyyə – qiymətli daşlarla doldurulmuş sandıq göndərərək, ondan üstünlüyünü nümayiş etdirib və Osmanlının maliyyə problemlərinə eyham vurub.
Hədiyyəni alan Süleyman bunu təhqir kimi qəbul edib. Özünü Şah Təhmasibdən “üstün” hesab edən Sultan qəzəblənərək sandığı geri qaytarmaq barədə ona məsləhət verən vəzirlərinə qulaq asmıayıb. Osmanlı tədqiqatçıları Şah Təhmasibin guya Sultana onu aşağılamaq niyyəti ilə məktub göndərməsini də qeyd ediblər. Həmin məktubun qısa məzmunda “Məscidi bitirin, bu sizə kömək edər” sözlərini “Eşitdim məscidi bitirmək üçün maliyyə yoxdur, bu sizə kömək olar. Məscidi bitirin” kimi təqdim ediblər.
Sultan Süleyman çıxış yolunu sandığın Memar Sinana göndərib məscidin tikintisində qiymətli daşlardan istifadə etmək əmri verməsində görüb.
Qiymətli daşlarla bəzədilmiş minarənin talan obyektinə çevriləcəyini anlayan memar başqa cür hərəkət etmək qərarına gəlib. Bütün qiymətli daşlar incə bir toz halına gətirildi, sonra sementlə qarışdırıldı. Sinan bu həll yolu ilə minarələrdən birinin üzərinə bir neçə sıra daş bərkidib.
Məhlul bərkidikcə minarə sübh çağı müxtəlif rənglərlə parıldamağa başladı. Deyirlər ki, onun səthinə düşən günəş şüaları qiymətli daşların parıltısını xatırladan işıq oyunu yaradıb.
Ona görə də bu minarəyə “Günəş minarəsi” adı verilib.
Beləliklə bu gün Süleymaniyə məscidi parlayırsa burada Səfəvi şahı Təhmasibin saf niyyəti və Sultanın təkəbbürü rol oynayıb