
Türkiyənin artan gücü
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Abu-Dabi görüşü ilə PKK-nın silahsızlaşdırılması arasında bağ varmı?
Ermənistan “Turan” ideyasından qorxmamalıdır
“5-ci kolon”un neytrallaşdırılması Cənubi Qafqazın gələcəyi baxımından diqqətçəkəndir
“Bayrağımızla iştirak etdik” deyərək, Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür etdi
Əgər dünyadan geri qalmaq istəmiriksə, ...
Başqa dövlətin Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur
Dilimiz və mədəniyyətimiz yaşamayacaqsa, bu dövlətin varlığı kimə lazımdır?
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Çipdə zəruri məlumatlar saxlanılacaq
Putin Leinini niyə sevmir?
Yaxın Şərq yenidən dizayn edilərkən, yeni bir Qafqaz da formalaşır
Moskva və Tehran eyni vaxtda, tam koordinasiyalı şəkildə Azərbaycanın üzərinə gəlir
Kreml daxilindəki saray intriqaları və hakimiyyət uğrunda gedən mübarizədə ...
Hər müstəqil addım onun gözündə xəyanətdir
Kreml Azərbaycanda 90-cı ildə ölüb, 92-də dəfn olunub
Müsəlmanlar Rusiyada “sevimli” hədəfdir
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu günlərdə İrana rəsmi səfər getmişdi. Hikmət Hacıyev səfər zamanı bu ölkənin bir çox rəsmi şəxsləri, o cümlədən prezident Məsud Pezeşkianla görüşüb. Azərbaycan Prezidenti köməkçisinin bu səfəri barədə tezislərə diqqət yetirmək istərdim.
1. Cənab Hikmət Hacıyevin İran proqramı Bakı ilə Tehranın regional problemləri və əməkdaşlıqları yenidən nəzərdən keçirməsi deməkdir. Yəni:
– İranın Cənubi Qafqaz və Yaxın Şərqdəki təsirləri təsvir ediləndən də daha mürəkkəb çətinliklərlə üzləşib,
– İranın artan çıxılmaz vəziyyətlərlə qarşı-qarşıya qalması, o cümlədən daxili hekayələrdəki mümkün qarşıdurma ssenariləri “keçid dövrü”nün deyil, daha uzunmüddətli bir prosesin əlamətləridir.
2. İranla Rusiya Hərtərəfli Strateji Əməkdaşlıq haqqında Saziş imzalasa da, Moskva İrana mümkün strateji təhdidlərdə müştərək müdafiə öhdəlikləri götürməyib. Bu, regionda İranın nüfuzunun zəifləməsinin müşayiətində Tehran üçün gələcək ssenarilərdə problemləri gücləndirir. Ümumilikdə Suriyada baş verən son hadisələr Azərbaycanın srateji müttəfiqi Türkiyənin Cənubi Qafqazda dominant güc kimi formalaşması ilə nəticələnir. Həm Qərb, həm Rusiya ilə güclü əlaqələrə malik olan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi önündə isə İranın effektiv müqavimət mexanizmləri yoxdur. Üstəlik, İslam Respublikası Donald Tramp administrasiyasının regional siyasətdəki sərt addımlarından çəkinir.
Deməli:
– Hikmət Hacıyevin İran Prezidentinin müşaviri Mehdi Sənayi ilə görüşdə “Azərbaycan tərəfdən İrana heç bir təhdid olmayacaq” fikrini səsləndirməsi Tehranın təhlükəsizlik arayışlarındakı Azərbaycan amilinin gücləndiyinin ifadəsidir,
– Azərbaycanla İranın təhlükəsizlik səmtindəki yaxınlaşmaları Tehranın regiondakı əvvəllər elan etdiyi “qırmızı xətləri” ilə əlaqədar məhdudiyyətlərlə nəticələnə bilər,
– Bu kontekst İranın Zəngəzur dəhlizi prosesindəki “maneələrinin” aradan qalxması ilə yekunlaşacaq,
3. Tehran bu zamana qədər Azərbaycanın “Huseyniyyun dosyesi” üzrə tələb etdiyi şəxsləri Bakıya təhvil verməyib. Ehtimalla, Hikmət Hacıyevin səfəri həmin dosyenin Tehran səfində yeni qiymətləndirilməsinə yaşıl işıq yandıracaq. Bunun indi üçün məntiqi açıqlaması belədir:
– İran yuxarıda qeyd edilən boşluqlardan Azərbaycanla artan çevik əməkdaşlıqlar hesabına çıxmağa həvəslidir,
– Bu, İranda Azərbaycanla əlaqədar bütün müxalif qüvvələrin dövlət qatındakı əməkdaşlıq konsolodasiyası üçün münbit şərait olduğundan Tehram “Huseyniyyun dosyesi” ilə bağlı güzəştlərə hazırdır...