

Prezident Maliyyə Nazirliyinin bir neçə səlahiyyətini Vergilər Nazirliyinə verdi
“Sənəd tezliklə qəbul olunacaq”
Topdansatıcılar, marketlər və klinikaların gizlətdiyi dodaq uçuqladan vergi məbləği - 1.3 milyard
1000-2000 manat gəliri olan sahibkarın pulundan 15-20 manat yoxsulun maaşına əlavə etmək ədalətlidir
“ƏDV-nin qaytarılması yeni nəsil kassalar quraşdırılan yerdə mümkün olacaq”
Topdansatış ticarətin siyahıdan çıxarılması müsbət qiymətləndirilməlidir
Apellyasiya məhkəməsinin əsassız qərarı bir daha ləğv edildi
Səyyar vergi yoxlaması ilə bağlı nələr dəyişəcək?
Yeni “Vergi Məcəlləsi”nə sözardı
Sahibkarlara divan tutan vergi məmuru da...
Mikayıl Cabbarov vergidən yayınan biznesmenlərə mesaj verdi: “Çünki qanun var”
Vergilər Nazirliyi idxalçıların qanunvericiliyə əməl olunmasında və vergi ödənilməsində yanlışlıq istəmir
Məhkəmə ölkə tarixində misilsiz addım atdı
Korrupsiyanı aradan qaldırmaq üçün nələr ediləcək...?
Fazil Məmmədov və komandasının ölkə xaricindəki böyük əmlakları siyahıya alınır
Vergilər Nazirliyi işçi yığmağa başladı – ingilis dilini bilənlərə üstünlük veriləcək
Bu ilin 1-ci rübü ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq faktları üzrə cəmi 146 sayda cinayət işi başlanıb.
Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, həmin cinayət işlərindən 29-u vergi ödəməkdən yayınma faktları, 6-sı qanunsuz sahibkarlıq və vergi ödəməkdən yayınma faktları, 2-si səyyar vergi yoxlamalarının nəticələrinə dair materiallar üzrə qanunsuz sahibkarlıq faktları, 108-i vergi borcunun ödənilməməsi barədə vergi orqanlarından daxil olmuş materiallar üzrə vergi ödəməkdən yayınma faktları ilə, 1-i isə digər hüquq-mühafizə orqanlarından daxil olan materiallar üzrə qanunsuz sahibkarlıq faktı ilə bağlı başlanıb.
Hesabat dövründə Departamentin İstintaq idarəsində 66 cinayət işi üzrə ibtidai istintaq tamamlanıb. 2 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
2014-cü ilin 1-ci rübü ərzində Departamentdə cinayət işləri və materiallar üzrə aparılan araşdırmalar zamanı 2209,1 min manat dövlət büdcəsinə ödənilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 297,4 min manat çoxdur.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 4 nəfər şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilib. İbtidai istintaqdan yayınan 157 şəxsin məcburi qaydada gətirilməsi, 31 şəxsin tapılaraq istintaqa gəlmələri, 47 şəxsin isə yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin edilib. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlərə baxılması nəticəsində vergi yoxlamalarından, əmlakının siyahıya alınmasından yayınan və fəaliyyəti barədə bəyannamə təqdim etməyən cəmi 87 nəfər vergi ödəyicisi tapılıb müvafiq vergi orqanlarına təqdim edilib.