vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Əgər qılınc pas atıbsa, deməli sahibi ölübdür»

Babək Xürrəmi (798 - 838)
ƏDƏBİYYAT  
18:51 | 21 iyun 2013 | Cümə Məqaləyə 3618 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Anarın hekayələri alman dilində

Kitabın təqdimat Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzində keçirilib

Trend

MÖVZU İLƏ ƏLAQƏLİ

Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi ilə "Renate Rollfinke" nəşriyyatında çapdan çıxmış kitabın təqdimat mərasimində Avstriyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, ictimaiyyətin nümayəndələri, kitabsevərlər, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak ediblər.

Təqdimatı giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova əsas qayəsi Azərbaycan mədəniyyəti, ədəbiyyatı, musiqisi və incəsənətini təbliğ etmək olan mərkəzdə belə bir tədbirin keçirilməsindən məmnunluğunu ifadə etmişdir. Qeyd olunmuşdur ki, bu təqdimat Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə may ayında açılışı keçirilən Azərbaycan Mədəniyyət Mərkəzinin ilk rəsmi tədbiridir və gələcəkdə də burada Avstriyada Azərbaycanı yaxından tanıdan çoxlu sayda tədbirlər nəzərdə tutulur.
Anarın həyat və yaradıcılığına nəzər salan L.Qasımova ədibin müasir Azərbaycan ədəbiyyatının ən tanınmış siması olduğunu diqqətə çatdırmış, onun yazıçı, şair, ssenarist, tərcüməçi kimi çoxşaxəli yaradıcılıq fəaliyyətinə toxunmuşdur.
Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov Anarın alman dilində nəşr olunmuş hekayələr kitabında yazıçının ən populyar əsərlərinin toplandığını bildirmiş, həmin hekayələrdə real həyat cizgilərinin, ictimai-siyasi yüklü hadisələrə baxışın, estetik-bədii zövqlə qələmə alınmış təsvirlərin diqqəti cəlb etdiyini vurğulamışdır.