vaxtlı-vaxtında oxuyun! Bazar ertəsi, 29 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Rauf Denktaş (1924 - 2012)

«Biz milli və mənəvi dəyərlərimizi qorursaq, o dəyərlər də bizi qoruyacaq»

Rauf Denktaş (1924 - 2012)
AVROPA  
12:22 | 20 iyun 2014 | Cümə Məqaləyə 1417 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Cenevrə danışıqlarında uğursuzluq

28-ci mərhələdə Abxaziya və Osetiya nümayəndələri işçi qrupunu tərk edib

MÖVZU İLƏ ƏLAQƏLİ

İyunun 18-də Cenevrə danışıqlarının 28-ci mərhələsi keçirilib. Rusiyalı vasitəçinin dəstəklədiyi Suxumi və Tsinxvali nümayəndələri məcburi köçkün və qaçqınlarla bağlı məsələlərin gündəlikdən çıxarılmasını tələb ediblər. Məlumatı «Civil.ge» yayıb.


Abxaziya və Cənubi Osetiya bölgəsinin nümayəndələri işçi qrupunu tərk etdiyi üçün danışıqlar uğursuz olub. Qeyd edək ki, avqust müharibəsindən sonra başlayan Cenevrə danışıqlarında oxşar hadisə bir neçə dəfə təkrarlanıb.

Aİ, ATƏT və BMT nümayəndələrinin həmsədrlik etdiyi Cenevrə danışıqları 2 işçi qrupunda aparılır. Gürcüstan, Rusiya, ABŞ, eləcə də Abxaziya və Cənubi Osetiya bölgələrinin nümayəndələrinin iştirakı ilə 1-ci qrupda humanitar və təhlükəsizlik, 2-ci qrupda isə məcburi köçkünlərlə bağlı məsələlər müzakirə olunur.

Suxumi və Tsinxvali nümayəndələri 2-ci işçi qrupunda məcburi köçkünlərlə bağlı məsələlərin müzakirə olunmasının mənasız olduğunu bildiriblər. Nümayəndələr deyiblər ki, hər il BMT Baş Assambleyasına məcburi köçkünlərin geri qaytarılması ilə bağlı qətnamə təklif etməklə Tbilisi məsələni «siyasiləşdirir».

İyunun 5-də BMT Baş Assambleyası Gürcüstanın xeyrinə yeddinci dəfə məcburi köçkünlərlə bağlı qətnamə qəbul edib. Moskva həmişə hesab edir ki, BMT Baş Assambleyasında hər il belə qətnamələrin qəbul olunması beynəlxalq Cenevrə danışıqlarında məcburi köçkün və qaçqın məsələlərinin müzakirəsinə kölgə salır.

Rusiya Xarici İşlər Nazirliyi məsələ ilə bağlı iyunun 18-də bəyanat yayıb. Bəyanatda bildirilir ki, Rusiyanın Cenevrə danışıqları üzrə vasitəçisi, xarici işlər nazirinin müavini Qriqori Karasin məcburi köçkün və qaçqınlarla bağlı məsələlərin gündəlikdən çıxarılması üçün Suximi və Tsinxvali nümayəndələri ilə razılaşıb.      

Aİ, BMT və ATƏT həmsədrləri isə «iştirakçılar arasında müəyyən məsələlərdə yaranan fikir ayrılığına görə» işçi qrupunun işinin pozulmasına təəssüfləndiklərini bildiriblər. Həmsədrlər bəyanatda qeyd ediblər ki, 2-ci işçi qrupunda müzakirə olunan məsələlər «sırf humanitar məqsədlidir və siyasiləşdirilməməlidir». Həmçinin qeyd ediblər ki, humanitar məsələlər Beynəlxalq Cenevrə danışıqlarının əsas vəzifələrindəndir. Ona görə də bu məsələlərin gündəlikdən çıxarılması danışıqların uğurlu olması ilə bağlı narahatlıq yaradır. Həmsədrlər ortaq həllə nail olmaq üçün bütün iştirakçılarla məsləhətləşmələri davam etdirəcəklərini bildiriblər.

Gürcüstanın xarici işlər nazirinin müavini Davit Zalkaliani bildirib ki, Moskva, Suxumi və Tsinxvali nümayəndələri müzakirələrdə konstruktiv iştirakdan imtina etdikdən sonra təhlükəsizlik məsələlərinin müzakirə olunduğu 1-ci işçi qrupuna «qoşulmaq» istəyiblər. Tbilisi hər iki işçi qrup üzrə danışıqların mövcud formatına dəyişiklik edilməsinə həmişə qarşı çıxıb.        

«Biz Beynəlxalq Cenevrə danışıqlarında müzakirələrin formatını saxlamaq üçün göstərdiyi qətiyyətli və aydın mövqeyə görə həmsədrlərə təşəkkürümüzü bildiririk», - Gürcüstanlı vasitəçi deyib.

«Cənubi Osetiya və Abxaziya nümayəndələrinin humanitar məsələlərlə bağlı işçi qrupdan uzaqlaşması bu məsələlərin dialoq yolu ilə həll olunmasının qarşısını aldı. Budəfəki danışıqların gözlənilməz nəticəsinə səbəb oldu», - ABŞ yaydığı bəyanatda bildirib.

Qeyd edək ki, ABŞ-ın nümayəndəsi də Cenevrə danışıqlarında iştirak edir. Danışıqların növbəti mərhələsi oktyabr ayının 7-8-də keçiriləcək.