Alkoqol, donuz əti və inteqrasiya
Norveçli nazirdən miqrantlara orijinal təklif
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Norveç Türkiyəyə silah embarqosunu ləğv edib
İki XİN rəhbəri telefonla danışıb
-
Norveçdə bomba xəbərdarlığı
Parlament boşaldılıb
-
“Türkiyənin terrorla mübarizə hüququ var”
Norveç baş nazirindən Ankaraya dəstək mesajı
-
Qeyri-təbii sevgi
Norveçin qəfil “erməni eşqi”nin səbəbi bəlli oldu
-
Osloda silahlı insident
Atışma nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb
-
Rusiyanın Avropaya yeganə çıxışı da bağlanır
Norveç Ukraynaya hərbi yardım üçün 42 milyon dollar verəcək
-
“Onlar dənizi də minalayıb”
Vladimir Zelenski Norveçdən gəmilərə qarşı silah istəyir
-
«Azərbaycan güclü idi»
Lars Laqerbek: «Ümidvaram ki, bu dəfə biz qalib gələcəyik»
-
ABŞ əsgərləri Rusiyanın başı üstündə
Dəniz piyadaları Norveçə gəlir
-
Tofiq Qasımov xeyli qocalıb
Eks-nazir Albert Eyneşteynin nəzəriyyəsi ilə məşğuldur
-
Ətiri qulağınıza yox, göbəyinizə vurun
Ekspertlər iddia edir ki, biz ətiryayan yerlərimizi tanımırıq
-
«Məhdud ölüm cəzası» necə olur?
Britaniya mətbuatı: «Ərdoğan «Atatürkün qəzeti» üzərinə hücuma keçib»
-
11 ay uzaqlaşdırlıldı
Bakıda söyüş söyən futbolçuya FİFA-dan sərt cəza
-
Daha beş ölkə Rusiyaya qarşı
Sanksiyalar hüdudu Avropa İttifaqından kənara çıxdı
-
Proqnozu sorğular yox, pul həll edir
Milyarderlər Donald Trampa vəsait xərcləmək istəmir
-
Həbsxanada aclıq
İki məhkumu yedilər
«The İndependent» yazır ki, Norveçin inteqrasiya naziri müsəlmanları ölkə mədəniyyətinə qaynayıb-qarışmaq üçün alkoqollu içkilər içməyə və donuz əti yeməyə çağırdığına görə tənqid və istefa tələbləri ilə üzləşib.
Norveçin antimühacirət Tərəqqi Partiyasından olan xanım Silvi Listhauq özünün «Facebook» səhifəsində yazırdı ki, Norveçə gələn mühacirlər ölkə mədəniyyətinə uyğunlaşmaq məcburiyyətindədirlər.
«The İndependent» yazır ki, xanım Listhauq sosial şəbəkədə 20 min bəyənmə qazandıqdan sonra öz mövqeyinə aydınlıq gətirməyə məcbur olub.
«Biz donuz əti yeyir, alkoqol içir və üzümüzü bağlamırıq. Odur ki, siz Norveçə gələrkən bizim dəyərlərimiz, qanun və qaydalarımıza riayət etməlisiniz» - yazırdı nazir «Facebook-da.
Məqalədə deyilir ki, xanım Listhauqun partiyasının və Mühafizəkar Partiyanın daxil olduğu koalisiya hökuməti ötən həftə müsəlmanlara qarşı çox sərt mövqe nümayiş etdirib.
Bundan əvvəl ölkənin baş naziri Erna Solberq demişdi ki, şəxsən o üzünü rübəndlə bağlayan hər hansı qadını işə götürməzdi.
Bütün bunlara baxmayaraq xanım Listhauqun postu sosial mediada sərt tənqidlərlə üzləşib.
«Bu ölkədə və başqa ölkələrdə nəyi yeyib, nəyi yeməmək ümumi insan haqqıdır» - yazır Bente Bull adlı bir istifadəçi.
«Listhaug bizə problem yaradır» - deyə başqa bir istifadəçi reaksiya verib.
Elizabet Rönnild adlı istifadəçi isə yazıb: «Bu indiyədək oxuduğum ən axmaq bəyanatdır".
Qaçqın inteqrasiyası sahəsində fəaliyyət göstərmiş Norveç kriminoloqu Ömər Gilani Syed Aftenposten qəzetində yazdığı məqalədə naziri istefaya dəvət edib.
Norveçin Leyborist Partiyasından Zeynəb əs-Səməray Daqbladet qəzetində yazıb: «Əgər sən inteqrasiya nazirisənsə, inteqrasiya işləri ilə məşğul olmalısan, daha adamları qorxudub bir-birlərindən ayırmamalısan».
Xanım Listhauq cavab olaraq bildirib ki, onu düzgün başa düşməyiblər. O israr edib ki, müsəlmanları donuz əti yeməyə və ya spirtli içikilər qəbul etməyə məcbur etmək niyyətində deyil, lakin Norveç mədəniyyəti bu cürdür.
«Mənim dediyim odur ki, Norveçə gəlmisənsə, özünü Norveç əmək bazarına uyğun aparmalısan. Əgər sən restoranda və piano barında ofisiant işləyəcəksənsə, müştəriyə donuz əti də verməli olacaqsan, alkoqollu içki də. Axı biz iş müsahibəsinə idman şalvarında və ya kepka ilə getmirik. Müsahibənin öz geyim normaları var» - yazır nazir.
«The İndependent» yazır ki, Norveç Miqrasiya Müdirliyinin məlumatına görə 2015-ci ildə 10 min 448 nəfəri suriyalı olmaqla 31150 nəfər ölkədən sığınacaq istəyib.
Sərhəd yoxlanışı sərtləşdiriləndən və maliyyə müavinətləri məhdudlaşdırılandan bəri Norveçə gələn qaçqınların sayı 95 faiz azalıb.
Hazırda Norveç-Rusiya sərhədində uzunluğu 200 metr, hündürlüyü 3 metr yarım olan dəmir hasar tikilir.