vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 10 dekabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)

«Hər bir millətin ləyaqətinin ilkin şərti müstəqillikdir»

Şeyx Məhəmməd Xiyabani (1880 - 1920)
SOSİAL  
20:44 | 21 dekabr 2016 | Çərşənbə Məqaləyə 4188 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

«Qız qalası» yox, «Qış qalası»

Konsert də olacaq, yemək-içmək də...

MÖVZU İLƏ ƏLAQƏLİ

«Kapital Bank»ın dəstəyi və İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə Qoşa Qala meydanında «Qış Qalası» adlı Yeni İl yarmarkası keçirilir. 10 yanvar 2017-ci il tarixədək hər gün, saat 14:00-dan başlayaraq 16:00-dək uşaqlar üçün animatorların iştirakı ilə maraqlı şou keçiriləcək. Saat 19:00-dan 21:00-dək isə məşhur müğənnilərin iştirakı ilə konsert təşkil ediləcək.

Yarmarkada bayram suvenirlərinin, atributlarının satışı nəzərdə tutulur. Bundan başqa müxtəlif hədiyyəli müsabiqələr həmçinin, isti və soyuq qəlyanaltıların, şirniyyatların və içkilərin satışı həyata keçiriləcək. Yarmarkaya qatılanlar anket doldurmaqla xaricə 2 nəfərlik səyahət qazana biləcəklər.

Selfi çəkdirməyi sevənlər də hədiyyə qazanacaq. Yarmarkada ən yaxşı şelfi çəkib, #gishgalasiselfie həştəqi ilə sosial şəbəkədəki səhifələrinə yerləşdirənlər, İçərişəhərdə olan restorana 2 nəfərlik şam yeməyi qazana bilərlər.

Yarmarkanın balaca qonaqları da hədiyyəsiz qalmayacaqlar. Çünki uşaqlar tədbirdə Şaxta Babaya məktub yazmaq imkanına malik olacaqlar. Xüsusi qutuya yığılan məktubların ən yaxşıları hədiyyə əldə edəcək.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan «Kapital Bank», 90 filialı və 2 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.