Kraldan prezidentə təbrik məktubu
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
22:34 | 6 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 2255 dəfə baxılıb
Şriftin ölçüsü
“Əlamətdar gün xalqlarımız arasındakı davamlı dostluq barədə düşünmək üçün dəyərli fürsətdir”
Rusiya sanksiyaları ilə bağlı London Brüssel “Brexit”dən sonra ən böyük fikir ayrılığı yaşayır
Starmerdən sonra kim gələ bilər?
Seçkilərdə Leyboristlərin verdiyi ağır itkiləri “Reform”çular ələ keçirdi
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
İngiltərənin Baş naziri səfiri vəzifəsindən uzaqlaşdırdı
“Vəliəhd şahzadə üçün pis xəbər”
Populyarlığı rekord səviyyədə düşdü
Şahzadə Harri 18 ay sonra ilk dəfə atası Kral Çarlz ilə görüşdü
Keir Starmer: “İngiltərənin Polşaya dəstəyini açıq şəkildə bildirdim”
Böyük Britaniyadan Rusiyaya sərt reaksiya
Böyük Britaniya Rusiyaya qarşı siyahısına səkkiz yeni ad əlavə etdi
ABŞ, Böyük Britaniya və Yaponiya aviadaşıyıcıları təlimlərə başlayır
Sidney səkkiz nüvə sualtı qayığı ilə donanmasını gücləndirəcək
ABŞ 17 ildən sonra müttəfiqinə nüvə silahı ölkəyə göndərdi
Bütün göstəricilər üzrə 0.2 faiz artım var
Britaniyanın 130-a yaxın imamı və ruhani xadimi London körpüsündə terror aktını törədənlərin yasında iştirak edib cənazə namazı qılmaqdan imtina ediblər. Onlar deyiblər ki, bu adamlar üçün, kimliyindən asılı olmayaraq hər bir müsəlmanın haqqı olan yas ayinlərini icra etməyəcəklər.
Mollaların sosial mediada dərc olunmuş bəyanatında deyilir ki, İslamın prinsiplərində yer alan bir sıra etik məqamlara görə terror aktını törətmiş adamların yasında ənənəvi ayinləri icra etməkdən imtina edirlər. Onlar ölkənin başqa imamlarını da belə etməyə çağırıblar.
Bəyanatda deyilir ki, haqq qazandırılması mümkün olmayan hərəkətlər İslamın mərhəmətli təlimlərinə ziddir. Britaniyada bütün dinlərdən olan ruhani liderlər 7 nəfərin həyatına son qoymuş və daha 47 nəfəri yaralamış terror aktını qətiyyətlə pisləyiblər. Londonun şərqindəki məsciddə çıxış edən ruhanilər deyiblər ki, onlar dinin hökmlərini saxtalaşdıranlarla bütün vasitələrlə mübarizə aparacaqlar.
«Biz bir daha bizi bölməyə çalışanlara qarşı birlikdə çıxış edirik. Şənbə axşamı Londonda günahsız insanların soyuqqanlı qətli bizləri bir-birimizdən ayıra bilməz», - Şərqi London məscidinin və London Müsəlman Mərkəzinin rəhbəri Məhəmməd Həbib ür-Rəhman deyib.
«Mən bütün terror törədənlərə üz tutub deyirəm: Siz İslamın və peyğəmbərimiz Məhəmməd əleyhissəlamın təlimlərinə qarşısınız. Biz sizdən və sizin İslamı saxtalaşdırmağınızdan kənarda dayanırıq», - imam əlavə edib.
Bundan əvvəl verdiyi bəyanatda baş nazir Tereza Mey terrorçuların «həqiqi İslamı təhrif etdiklərini» demişdi. Baş nazir bunu da əlavə etmişdi ki, Britaniyada yaşayan, lakin cəmiyyətə inteqrasiya olunmaq istəməyən müsəlman icmaları barədə «ciddi söhbətlər» olacaq. Xanım May bundan başqa təfərrüat verməyib. Polis indiyədək terror basqınçılarından ikisinin adını Xuram Şazad Butt və Rəşid Reduan (Rizvan) olaraq açıqlayıb. (BBC)